İnternetdən icazəsiz proqram yükləmək halal deyil

İnternetdən icazəsiz proqram yükləmək halal deyil
Want create site? Find Free WordPress Themes and plugins.

istihdam“Daunlod” la bağlı fitva verildi

“A24.az” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Dini İşlər İdarəsinin Din İşləri üzrə Ali Şurası internetdən proqram, proqram təminatı, kitab, musiqi yükləmə və bunlardan istifadə etməyin dinə görə doğru olmadığını, bunun özgə əməyindən istifadə etmək mənasına gəldiyini bildirdi.

Xəbər agentliklərinin məlumatına əsasən, Dini İşlər İdarəsinə tez-tez verilən “İnternetdən proqram, proqram təminatı, kitab, musiqi yükləmə və bunlardan istifadə etmək halaldır?” sualına Dini İşlər İdarəsinin Ali Şurası fitva ilə cavab verdi. Cavabda belə deyildi: “İslam dini əməyə böyük dəyər verir, haqsız qazanca qarşı çıxır. Quranda insanın çalışdığının qarşılığını alacağı qeyd edilir. Peyğəmbər də əməyin haqqının verilməsini müxtəlif hədislərilə ifadə edib. Texnologiyanın inkişaf etdiyi, insan əməyinin müxtəlif forma və şəraitlərdə əksini tapdığı dövrümüzdə eyni ölçüdə haqq və əmək pozuntularına yol verilir.

Belə haqsız davranışlar yalnız fərdlərin haqqını pozmaqla yanaşı, həmin sahələrdə əmək sərf edən insanların şövqünü azaldır, ictimai haqların pozulmasına çevrilir. Bu səbəbdən, müəyyən əməyin nəticəsi kimi internet mühitinə keçirilən hər cür proqram, proqram təminatı, kitab, musiqi və başqa məhsulları bəzi şəxslərin icazəsi olmadan əldə edib istifadə etmək dinə uyğun deyildir.”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar