DİQQƏT: Bu xəstəliklərin sayı sürətlə artır

DİQQƏT: Bu xəstəliklərin sayı sürətlə artır
Want create site? Find Free WordPress Themes and plugins.

Dünyada bütün ölkələrdə psixi xəstəliklərin sayında artım müşahidə edilir. Bu pozuntuların iqtisadiyyata vuracağı ziyanın trilyon dollarları aşacağı bildirilir.

A24.Az xəbər verir ki, bu barədə psixiatriya, nevroloji xəstəliklərlə məşğul olan 28 mərkəz və qruplar tərəfindən hazırlanan Lancet Komissiyasının hesabatında bildirilib.

Hesabatı hazırlayanlardan Harvar Tibb Məktəbinin professoru Vikram Patel psixoloji problemlərin artmasının cəmiyyət və iqtisadiyyata ciddi təsir edəcəyini vurğulayıb.

Patel son 25 ildə cəmiyyətdə yaşlı təbəqənin artmasının psixi xəstəliklərin də nəzərəçarpacaq şəkildə irəlilədiyini bildirib.

“Vəziyyət çox pisdir, amma heç bir ölkə bu sahəyə vəsait ayırmaq istəmir. Heç bir xəstəlik psixi sağlamlıq qədər diqqətdən kənarda qalmayıb”.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan araşdırmalara görə dünya miqyasında təxminən 300 milyon insan depressiyadan əziyyət çəkdiyini, 50 milyon insanın qocalma, 23 milyon insanın şizofreniya, 60 milyon insanın isə bipolyar pozuntudan əziyyət çəkdiyi bildirilir.

Məlumatda bildirilir ki, bu xəstəliklərə qarşı mübarizə aparılmadığı halda 2010-2030-cu illərdə onlar dünya iqtisadiyyatına 16 trillion ziyan vuracaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar