DİQQƏT! Bu müəllimlər əməkdaşlığa dəvət edilir

DİQQƏT! Bu müəllimlər əməkdaşlığa dəvət edilir
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının Təhsil İnstitutu ibtidai (I-IV) siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərslik müəllifi olmaq arzusunda olan müəllim, doktorant, metodist və mütəxəssisləri əməkdaşlığa dəvət edir.

A24.Az xəbər verir ki, müsabiqədə iştirak etmək arzusunda olan namizədlər Azərbaycan dili və riyaziyyat fənləri üzrə aşağıdakı keyfiyyətlərə malik olmalıdır:

1. İxtisas fənni üzrə dərin biliklər – vacibdir (elmi dərəcə, yüksək attestasiya nəticələri və s. təqdim edilə bilər);

2. Araşdırmaçılıq (tədqiqatçılıq) keyfiyyətləri – vacibdir;

3. Yüksək özünütəhsil vərdişləri – vacibdir;

4. Xarici dil (ən azı rus, yaxud ingilis dilləri) və kompüter bilikləri  – vacibdir;

5. Pedaqoji təcrübə – arzuolunandır;

6. Müasir pedaqogika ilə tanışlıq – arzuolunandır (hazırki kurikulum, müasir təlim texnologiyaları və s.);

7. Öz fikirlərini yazılı formada şərh etmək təcrübəsi – arzuolunandır (kitab, dissertasiya, məqalə və s.);

8. Tədris resurslarının hazırlanması layihələrində iştirak təcrübəsi – arzuolunandır;

9. Müxtəlif sahələrdə geniş elmi dünyagörüşü – arzuolunandır.

Bu keyfiyyətlərə malik olan və dərslik hazırlamaq üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərin özləri haqqında məlumatları əlavədəki formaya qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Zəruri keyfiyyətlərə malik olan şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə bir neçə mərhələdən ibarət olacaq və qaliblərlə əməkdaşlıq haqqında müqavilə bağlanacaqdır.//mektebgushesi.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar