Diqqət! Bu oyun 130 gənci öldürdü - “Mavi Balina” haqqında AĞLASIĞMAZ TƏFƏRRÜATLAR – ARAŞDIRMA – FOTOLAR - VİDEO

Diqqət! Bu oyun 130 gənci öldürdü – “Mavi Balina” haqqında AĞLASIĞMAZ TƏFƏRRÜATLAR – ARAŞDIRMA – FOTOLAR – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İnternetdə insanların şəxsi həyatına birbaşa müdaxilə edən və insanları oyun əsirinə çevirən oyunlar çoxdur. Maraqlısı budur ki,  təhlükəli oyunlar internet vasitəsilə xüsusi olaraq şəxslərə müxtəlif mesajlaşma tətbiqləri vasitəsilə göndərilir.

 A24.Az dünyada 130 gəncin intiharına səbəb olan “Blue Whale” (Mavi Balina) oyunu haqqında şok detalları təqdim edir:

Mavi Balina oyunuy

Gənclər arasında yayılan və dünyada yüzlərlə insanın intihar etməsinə səbəb olduğu iddia edilən “Mavi Balina” oyununun  yaradıcısı Rusiyada 3 il həbs çəzası alıb. Oyundan sonra intiharların sayı hələ də azalmayıb. Almaniyada yaşayan 14 yaşlı Furkan Şen adlı uşaqla Türkiyədə yaşayan 24 yaşlı Evrim Mertin adlı gəncin intiharlarının arxasında da “virtual şantaj”ın olduğu iddia edilir.

Oyuna qatılanlardan şiddət xarakterli 50 təlimatın yerinə yetirilməsi tələb edilir. 

50 gün müddətində  komandalar arasında qol və qıçların kəsilməsi, müəyyən bir müddət ərzində kimsə ilə görüşülməməsi və  yüksək səsdə musiqi dinlənilməsi kimi mərhələlər iştirak edir.

130 Kişiyi İntihar'a Sürükleyen Oyun/ Blue Whale

50-ci günün sonunda şəxsə hündürlükdən tullanaraq və ya özünü asaraq intihar etmək əmri verilir.

“Mavi Balina” oyununda idarəçi qismində iştirak edənlər  şəxsi məlumatlarını ələ keçirdikləri  şəxsi şantaj edərək oyunda qalmağa məcbur edirlər.

Instagram Blue Whale

WhatsApp-dan gələn linkdən qoşulub

Hindistanın cənub-şərqindəki Karaikal şəhərində yaşayan Aleksandr adlı 22 yaşlı şəxs də intihardan son anda xilas edilib. Qardaşı polisə xəbər verərək Aleksandrın intihar edəcəyindən danışıb və polis zamanında müdaxilə edib.

22 yaşlı gənc “Blue Whale” oyununa  “WhatsApp” vasitəsilə göndərilən linkdən qoşulduğunu dilə gətirərək deyib:

“”Mavi Balina” telefona yüklənmiş bir tətbiq deyil. Oyun link vasitəsi ilə insanların  idarəçi tərəfindən istiqamətləndirilməsi ilə oynanılır.  İdarəçi tərəfindən verilən tapşırıqların, gecə yarısından sonra saat 02:00-da həyata keçirilməsi tələb olunur. İlk bir neçə gün fərdi məlumatların və fotoşəkillərin paylaşılması ilə keçir və bunlar administrator tərəfindən toplanır”.

Aleksandr  50 mərhələli prosesdə ən məşhur rollarından birini icra etdiyini qeyd edib.

“Gecə yarısından sonra Akkaraivattam qəbiristanlığına getdim və burada selfie çəkərək ictimai mediada paylaşdım. Hər gün tək başıma  qorxu filmləri izləmək məcburiyyətindəydim ki,  bunun da məqsədi qurbanların qorxu içində yaşamasını təmin etmək idi.

Bu tam mənasıyla bir virtual ölüm tələsi… Çox dəhşətli təcrübədir. Oyuna qatıldıqdan sonra insanlarla danışmaqdan imtina etdim və otağıma qapandım. Oyundan çıxmaq istəsəm də bacara bilmədim.”

NDTV adlı xəbər agentliyinin məlumatına görə, Aleksandr bıçaqla qoluna balina şəkli çəkmək istəyərkən polis tərəfindən yaxalanıb.

130 Kişiyi İntihar'a Sürükleyen Oyun/ Blue Whale

“Əgər işimi bitirməsəm anam öləcəkdi”

İntiharların artdığı son günlərdə Hindistanda 17 yaşlı qız özünü gölə atarkən intihardan son anda xilas edilib.

Oyuna telefondan gələn mesajla qatılan qız son təlimatı yerinə yetirdiyini deyib. O, onu xilas edən polisə “Əgər intihar etməzsəm,  anam öləcəkdi” deyib.

İyul ayında Manpreet Singh adlı 14 yaşlı hindli uşaq “Mavi Balina” oynadığını intihar etməzdən bir neçə gün əvvəl uşaqlara bildirib.

“Oyunun sonu, vaxt bitdi”

2015-ci ildə Rusiyada başlayan cari qurbanların əksəriyyəti 18 yaşına çatmamış gənclərdir. Gəncləri yönləndirmək daha asandır.

Bir neçə ildən sonra gənclərin yaş fərqləri dəyişdi. İyun ayında Argentinada özünü  su tankından atmaq istəyərkən 22 yaşlı ana xilas edilib.

Gənc qadın özünü xilas edən polislərə “Blue Whale” oyununu oynadığını deyib.

22 yaşlı Argentinalı ananın intihar komissiyasından əvvəl “oyunun bitməsinin tam zamanıdır” adlı mesaj aldığı məlum olub.

130 Kişiyi İntihar'a Sürükleyen Oyun/ Blue Whale

Oyunçulara verilən təlimatlar belə olub:

Əlini bir ülgüc al “f57” yaz  və şəkilinizi göndərin.

Səhər 4: 20-də oyanın, sizə göndərilən psixopatik və dəhşətli videoları izləyin.

Qolunuzda damarlarınızı dərin olmamaq şərtilə 3 dəfə kəsin və şəklini göndərin.

Kağız üzərində bir balina şəkli çəkin və fotoşəkilinizi göndərin.

Balina olmaq istəyirsənsə,  ayağınızı kəsin. Əks halda, özünüzü bir neçə dəfə cəzalandırmaqdan əminik.

Verilmiş şifrəli tapşırığı yerinə yetirin.

Əlini kəsib, “f40” şəkli çək və şəklinizi çəkib bizə göndərin.

Картинки по запросу mavi balina oyunu

Vkontakte- statusunda “#Mən Balinayam” yazın (rus. #я_кит).

Qorxularınızdan xilas olun.

Sabah 4: 20-də oyanın və dama çıxın. Nə qədər hündürə çıxsanız, bir o qədər yaxşıdır.

Qolunuza  balina şəkli çəkin.

Bütün günü psixopatik, dəhşətli videoları izləyin.

Sizə göndərilən musiqini dinləyin.

Ağzınızı kəsin.

Özünüzə zərər verin.

Balina ilə tanış ol.

Təsisçi ölüm tarixini sizə xəbər verəcək və onu qəbul etməlisiniz.

Gün ərzində kimsə ilə danışma.

Missiyalarda yüksək səslə musiqiyə qulaq asmaq, qorxu filmləri izləmək,  qaranlıqda nələrsə etmək və s. yerinə yetirmək tələb edilir. Sonuncu missiyada isə hündür bir yerdən intihar edilməsi istənilir.

Qurbanlarını “bioloji tullantılar” adlandırıb

Philipp Budeikin

Oyunun təsisçisi 22 yaşlı Philipp Budeikin Rusiyada üç il həbs cəzasına məhkum edilib. Ən azı 15 intihar hadisəsi ilə əlaqəli olan Budeikinin bu cümləsi Rusiya ictimaiyyətində mübahisələr yaradıb.

2016-cı ilin noyabr ayında həbs edilmiş Budeik qurbanlarını “bioloji tullantılar” kimi təsvir edərək cəmiyyəti təmizlədiyini dilə gətirib.

Oyunun 130 nəfərin intiharına səbəb olduğu açıqlanıb.  Psixoloqlar valideynləri diqqətli olmağa çağırır. Uşaqları internetdən istifadə edərkən nəzarətdə saxlamağı məsləhət görürlər.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Redaktor Seçimi, Gündəm, Dünya, Sağlamlıq, Araşdırma, Maraqlı, Eksklüziv, Foto xəbər, Video Xəbər, Layihələr
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar