Direktorun səhlənkarlığı şagirdi qızıl medaldan etdi - ŞİKAYƏT

Direktorun səhlənkarlığı şagirdi qızıl medaldan etdi – ŞİKAYƏT
Want create site? Find Free WordPress Themes and plugins.

11-ci sinifi bitirən Qurbanova Nuranə məktəb direktorunun səhlənkarlığı ucbatından qızıl medaldan olub.

A24.Az-ın ünvanına Cəlilabad rayon sakinindən məktub ünvanlanıb.

Məktubu olduğu kimi təqdim edirik:

“Hörmətli Cənab Nazir,

Qızım Qurbanova Nuranə Etibar qızı bu il Cəlilabad rayon Göytəpə 1 saylı tam orta məktəbin 11-ci sinfini bitirib. O, iki dəfə “ədəbiyyat bilicisi” müsabiqəsində qalib olub. Keçən il 4-cü yeri, bu il isə 3-cü yeri tutub. İllik qiymətləri bütün fənlərdən 5(əla) olub. Məkətəbi bu cür bitirənlərə qanunla qızıl medal və xüsusi nümunəli attestat verilir. Məktəbin direktoru Seymur Cəfərovun səhlənkarlığı və ya savadsızlığından may ayında təqdimatı göndərilmədiyindən Nuranəyə qızıl medal verilmir. Qızım bu medalı illərdir yataq xəstəsi olan atasına hədiyyə edəcəkdi.

Cənab Nazir, hörmətli sayt rəhbərləri son ümidimiz sizsiniz. Sizdən bir ana kimi xahiş edirəm ki, bizə kömək edəsiniz. Hörmətlə, Qurbanova Südabə Feyzulla qızı”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar