Donald Tramp Krımı Rusiya ərazisi adlandırdı

Donald Tramp Krımı Rusiya ərazisi adlandırdı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Tramp ötən həftə Kanadada keçirilən G7 sammitinin gedişində sammitdə iştirak edən liderlərə Krımın Rusiyaya məxsus olduğunu bildirib.

“A24.az” bildirir ki, bu barədə Amerikanın “Buzzfeed” portalı iki diplomatik mənbəyə istinadən xəbər yayıb.

“Prezident Tramp G7 liderlərinə bildirib ki, Krım Rusiyanındır, çünki orada hamı rusca danışır”, – deyə məlumatda vurğulanır.

ABŞ prezidenti bu bəyanatı ötən həftənin cümə günü sammit çərçivəsində verilən axşam yeməyində səsləndirib.

Bundan başqa, D. Trampın Ukrayna rəhbərliyini tənqid etdiyi də bildirilir. Diplomatik mənbələrdən biri deyib ki, ABŞ prezidenti Ukraynanı dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri adlandırıb. Sammitin gedişində Tramp sələfi Barak Obamanı Krımın Rusiyaya birləşdirilməsinə mane olmadığına görə tənqid edib. “Obama nə istəyir, danışa bilər, lakin o, Rusiyanın Krımı özünə birləşdirməsinə imkan verib”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp sammitdə Rusiyanın G7-yə qayıtmasını təklif edib, lakin digər liderlər bu təklifi dəstəkləməyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar