Dondurmanın bilmədiyiniz FAYDALARI 

Dondurmanın bilmədiyiniz FAYDALARI
Want create site? Find Free WordPress Themes and plugins.

Şokoladlı, vanilli, limonlu, çiyələk və daha bir çox növləri ilə dondurma yay fəslinin ən sevimli desertlərindəndir.

Dadından doymaq olmayan dondurma həm də kalsium və zülal başda olmaqla, tərkibindəki A, B, K vitamini və fosfor kimi bir çox vitamin və minerallarla zəngindir.

A24.Az xəbər verir ki, dieotoloqlar yay aylarında həm sərinləmək, həm şirin ehtiyacını sağlam qidayla təmin etmək üçün həftədə 2-3 dəfə dondurma yeməyin faydalı olduğunu bildirirlər.

Sümük və diş sağlamlığı üçün əhəmiyyətlidir

Dondurma tərkibindəki südə görə tam bir kalsium mənbəyiridr. Kalsium da sümük və dişlərimizin sağlamlığı üçün çox əhəmiyyətlidir.

Kalsium sümükləri gücləndirir, dişləri qoruyur və diş ətlərinin möhkəmlənməsinə xidmət edir. Yaş qruplarına görə fərqli kalsium ehtiyacına malikik. Yetkin insanlarda bu dəyər 1000-1200 mg qədər olur. Bu ehtiyacımızı süt, qatıq,pendir ilə qarşılaya bildiyimiz kimi, dondurmadan da istifadə edə bilərik.

Məsələn, 2 top dondurma orta hesabla 120-150 mg kalsium ehtiva edir.

Əzələləri gücləndirir

Zülallar orqanizmin quruluşunu təşkil edir. Əzələlərin əsas quruluşu da zülallardan ibarətdir. Bu səbəbdən də əzələlərin inkişafında protein qəbulu vacibdir.. Ən keyfiyyətli zülallar heyvan əsaslı qidalarda olur. Ət, toyuq və balıqla yanaşı, süd və süd məhsullarının proteini də keyfiyyətli zülal qrupuna daxil olur. Əzələ sağlamlığı üçün əhəmiyyət daşıyan keyfiyyətli zülal ehtiyacınızı süd məhsullarından biri olan dondurma ilə də ödəyə bilərsiniz.

Arığlamağa kömək edir

Müşahidələrə əsasən, süd məhsulları iştahı nəzarətdə saxlayır, metobalizmanı sürətləndirir. Bununla da çəkini nəzarətdə saxlamağa kömək edir. Araşdırmaya görə, pəhriz tipindən asılı olaraq, süd məhsullarından alınan kalsium nisbəti yüksək olan qrupda çəki itkisinin daha çox olduğu müşahidə edilib. Beləliklə, dondurma da kalsium ehtiyacını qarşılamağa dəstək olaraq, arıqlamağa kömək edir. Ancaq çox kalorinin qarşısını almaq üçün çəkini nəzarətdə saxlama dövründə həftədə 2-3 dəfə 2 top məsləhət görülsə də, arıqlamaq istəyənlərdə bu miqdar həftədə 1-2 dəfə 2 top qədər olmalıdır.

Xoşbəxtlik mənbəyi

Dondurma demək, eyni zamanda xoşbəxtlik deməkdir. Londondakı “Institute of Psychiatry”nin araşdırmasına görə, dondurmanın soyuqluğu ağızda hiss etdikdə sərinləşdirici və susuzluğu aradan qaldırma mexanizminə təsiri xoş bir təcrübə yaşamağımızı təmin edir. Eyni raşdırmada beyindəki həzz mərkəzinin də (orbitofrontal korteks) dondurma yediyimiz zaman aktiv olduğunu göstərir.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar