Dopinqdən istifadə edən idmançılarımız sərt cəzalandırıla bilər

Dopinqdən istifadə edən idmançılarımız sərt cəzalandırıla bilər
Want create site? Find Free WordPress Themes and plugins.

Gənclər və İdman Nazirliyi antidopinq qanunvericiliyinin sərtləşdirilməsi məqsədilə bəzi dəyişikliklərin edilməsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim edib.

“A24.az” xəbər verir ki, Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təkliflərdə qeyd edilir ki, dopinq vasitələrindən və ya metodlarından istifadəyə məcbur etmə 1000 manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətdə islah işləri ilə cəzalandırılsın. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barədə törədildikdə 2 ilədək azadlıqdan məhrum edilmə təklif edilir.

Təkliflərə əsasən, dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması, əldə edilməsi və satılması əməlləri 2 ilədək islah işləri və ya bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə fiziki şəxslərin 500 manatdan 1000 manatadək, vəzifəli şəxslərin 1000 manatdan 102 min manatadək, hüquqi şəxslərin isə 202 min manatdan 303 min manatdək məbləğdə cərimə edilməsi təklif edilir.

Həmçinin bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə 1000 manatdan 2000 manatdək məbləğdə cərimələr nəzərdə tutulur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar