Dövlət Başçısı Azərbaycan polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarını təbrik etdi

Dövlət Başçısı Azərbaycan polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarını təbrik etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyev Azərbaycan polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarını təbrik edib.

A24.Az-ın məlumatına görə, təbrik məktubunu Azərbaycan polisinin 100 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov oxuyub.

Məktubda qeyd olunub ki, bu tarix yalnız daxili işlər orqanları üçün deyil, müstəqil Azərbaycan dövləti üçün əlamətdar hadisədir: “1991-ci ildə Azərbaycan müstəqil olduqdan sonra ölkə idarə olunmaz vəziyyətdə idi. Bu, polis orqanlarına mənfi təsir göstərmişdi, kriminogen durum nəzarətdən çıxmışdı. 1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərliyə qayıtması dövləti uçurumdan xilas etdi. Bu gün Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Ölkədə insan hüquqları ədalətli şəkildə qorunur. Azərbaycan polisi dövlətçiliyin qorunmasında əsas dövlət təsisatıdır. Əminəm ki, Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizəni bundan sonra da uğurla davam etdirəcək”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar