Dövlət Başçısından VACİB FƏRMAN

Dövlət Başçısından VACİB FƏRMAN
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

A24.Az-ın məlumatına görə, fərmanla “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturu” təsdiq edilib.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar