Dövlət büdcəsinin icrası barədə illik hesabatın əhatə dairəsi genişləndirildi

Dövlət büdcəsinin icrası barədə illik hesabatın əhatə dairəsi genişləndirildi
Want create site? Find Free WordPress Themes and plugins.
Hesabatda məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında məlumatlar əksini tapacaq

Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edib.

Bu Qayda Azərbaycan Respublikasının dövlət büdcəsinin tərtibi və icrasının təşkilati, hüquqi və iqtisadi əsaslarının prinsiplərini müəyyən edir.

Dəyişikliklər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 16 dekabr tarixli qanunla əlaqədardır. Başqa sözlə, Qaydaya əsasən dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq növbəti ilin aprel ayının 25-nə kimi Nazirlər Kabinetinə təqdim edilib. “Büdcə sistemi haqqında” qanuna dəyişikliklə əlaqədar artıq Maliyyə Nazirliyi dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsini növbəti ilin aprel ayının 25-nə kimi Hesablama Palatasına da təqdim etməlidir.

Qaydaya edilən digər dəyişikliyə əsasən  dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi kağızla bərabər artıq həm də elektron daşıyıcı formasında Nazirlər Kabineti və Hesablama Palatasına təqdim edilməlidir. Növbəti dəyişiklik hesabatın əhatə etdiyi məlumatlarla əlaqədardır. İndiyə qədər hesabat özündə digər məlumatlarla yanaşı, bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları və verilən dövlət zəmanətləri, buraxılmış dövlət qiymətli kağızları və ehtiyat fondlarından il ərzində istifadə haqqında məlumatları əks etdirib. Bundan sonra isə hesabat həm də məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında məlumatları da əks etdirəcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar