Dövlət İmtahan Mərkəzinin elektron xidmətləri dayandırılır

Dövlət İmtahan Mərkəzinin elektron xidmətləri dayandırılır
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət İmtahan Mərkəzi (DİM) elektron xidmət istifadəçilərinə müraciət edib.

A24.Az xəbər verir ki,  DİM tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılmasını təmin etmək məqsədi ilə Mərkəzin informasiya texnologiyaları infrastrukturunda – yeni veb serverlərin quraşdırılması və işə salınması, hazırda istifadədə olan veb və məlumat bazaları serverlərinin proqram təminatının yeni versiyalı təminatla əvəz edilməsi və təhlükəsizliyi təmin edən, məlumat bazaları və proqram layihələri ilə işi asanlaşdıran proqram vasitələrinin quraşdırılması və s. digər zəruri işlərin həyata keçirilməsi nəzərdə tutulub.

 Tələb olunan işlərin həyata keçirilməsi üçün DİM-in elektron xidmətlərinin göstərilməsi dekabrın 7-dən 12-dək dayandırılacaq.

Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar