Dövlət Komissiyasından itkin düşmüş hərbçimizlə bağlı AÇIQLAMA

Dövlət Komissiyasından itkin düşmüş hərbçimizlə bağlı AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan tərəfi itkin düşmüş Azərbaycan hərbçisi ilə bağlı beynəlxalq təşkilatlarla birgə araşdırma aparır.

A24.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Ermənistan Müdafiə Nazirliyi döyüşdə 3 hərbçi itirdiklərini açıqlayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar