Dövlət Komitəsi: Nardarandakı məscidlər qeydiyyatdan keçməlidir

Dövlət Komitəsi: Nardarandakı məscidlər qeydiyyatdan keçməlidir
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Nardaran qəsəbəsində olan məscidlər qeydiyyatdan keçməyiblər.

Onlar qeydiyyatdan keçməli, məscidlər ətrafında dini icmalar yaradılmalı və həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidirlər.

a24.az” bildirir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, həmin məscidlər qeydiyyata alınandan sonra oraya Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təyinatı ilə axundlar göndərilməlidir: “Bundan sonra həmin məscidlərdə dini mərasim və ayinlərin keçirilməsi tam qanunauyğun olmalıdır. Çox təəssüf ki, indiyə qədər Nardaranda məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı təşəbbüslərimizə adekvat cavablar verilməyib”.

M.Qurbanlı bildirib ki, Nardarandakı dini ziyarətgahın saxlanılması ilə bağlı dövlətin diqqəti həmişə olub və bundan sonra da olacaq: “Söhbət ondan gedir ki, kimlərsə Nardaranda din adından sui-istifadə hallarına yol verirlər”.

Komitə sədri təəssüf edib ki, qəsəbədə məktəblərin olmasına baxmayaraq, uşaqlarını təhsildən yayındıran valideynlər var: “Belə hallara yol vermək olmaz. Çünki təhsildən yayınma ümumi icbari təhsilin olması haqqında qanunvericiliyə ziddir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar