Dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilmə asanlaşıb

Dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilmə asanlaşıb
Want create site? Find Free WordPress Themes and plugins.

“Əgər əvvəllər dövlət qulluğunda yüksəliş üçün iki yol – daxili və ümumi müsahibə keçirilməsi ilə müəyyən edilmişdisə, indi artıq sertifikat əldə etmiş namizədin bu iki yola ehtiyacı olmadan daha yüksək vəzifəyə təyin edilməsi şansı var”.

A24.Az-ın məlumatına görə,  bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov deyib.

V.Əsgərov deyib ki, yeni dövlət qulluğu modeli sertifikasiya sistemi ilə bağlıdır.

Onun sözlərinə görə, yeni modelə əsasən, vətəndaşlar dövlət qulluğuna test imtahanlarının nəticələri əsasında sertifikatla qəbul olunacaqlar. Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq:

“Şəxs inzibati vəzifələrə uyğun olaraq sertifikat alacaq. Bu sertifikat yalnız həmin vəzifə üzrə deyil, həmin vəzifənin alt qrupuna daxil olan bir neçə vəzifə üzrə də keçərli olacaq. Misal olaraq, nazirlikdə baş məsləhətçi vəzifəsində olan şəxs 5 il ərzində baş məsləhətçi vəzifəsi ilə yanaşı, bu vəzifədən aşağı olan digər vəzifələr üzrə də müsahibələrdə iştirak etmək hüququ əldə edəcək. Yeni sistemin üstünlüyü ondan ibarətdir ki, artıq vətəndaş bir vəzifə üzrə deyil, ondan aşağı olan və sertifikatla nəzərdə tutulan digər vəzifələr üzrə də keçirilən müsahibələrdə iştirak edə biləcək. Bu dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi addımdır”.

V.Əsgərov qeyd edib ki, dövlət qulluğunda işə qəbul müsabiqəsi DİM tərəfinfən elan ediləcək. Test imtahanında uğur qazananlar üçün müsahibələr DİM nümayəndəsinin iştirakı ilə aparılacaq.

(Mənbə: Trend)

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar