Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb
Want create site? Find Free WordPress Themes and plugins.

“Hazırda Azərbaycanın sığorta-pensiya sistemi tam özünü maliyyələşdirir və bundan əlavə, sosial-sığorta ilə bağlı olmayan dövlət öhdəliklərinin qarşılanmasına da vəsait ayırır. Ödənilən pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər, həmçinin, məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmayan əlavələr təşkil edir ki, bu xərclərin illik məbləği təqribən 1,5 milyard manatdır. Dövlət büdcəsindən ayrılan illik transfertin həcmi isə 1,1 milyard manat olmaqla həmin dövlət öhdəliklərindən əhəmiyyətli şəkildə aşağıdır, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir”.

“A24.az” bildirir ki, Fondun ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, bu barədə jurnalistlərə açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev cari ilin yanvar-iyun aylarında Fondun sosial sığorta gəlirlərinin artdığını diqqətə çatdırıb: “Fondun sosial sığorta gəlirləri 8,0 faiz artaraq 870,2 milyon manat təşkil edib. Bu daxilolmaların 65,3 faizi və ya 568,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci yarısına nisbətən 9,5 faiz və ya 49 milyon manat yuxarıdır. Bu artım dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon manat azalmasına səbəb olub”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Hesabat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar