DSX əməkdaşı qızı ilə birlikdə qəzaya düşdü - uşaq öldü

DSX əməkdaşı qızı ilə birlikdə qəzaya düşdü – uşaq öldü
Want create site? Find Free WordPress Themes and plugins.
Dövlət Sərhəd Xidmətinin əməkdaşı azyaşlı qızı ilə birlikdə yol qəzasına düşüb.
A24.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonu ərazisində baş verib.
Ələt-Astara-İran sərhədi avtomobil yolunun Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində Rusiya Federasiyasının Dağıstan vətəndaşı, 1986-cı il təvəllüdlü Maqomedov Maqomedqabib Omaroviç idarə etdiyi “Volvo” markalı 0156 TM 39 rus qeydiyyat nişanlı yük avtomobili Ələt istiqamətində hərəkətdə olarkən yolun sağ tərəfində dayanan, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, Astara Gömrük Buraxılış Məntəqəsində inspektor vəzifəsində işləyən Bakı şəhəri, Sabunçu rayon sakini, 1992-ci il təvəllüdlü Qasımov Cavid Elman oğlunun idarə etdiyi “VAZ 21124” markalı 10-UT-720 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində sürücü və onun qızı, 2014-cü il təvəllüdlü Qasımova Lalə Cavid qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
L.Qasımova xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar