Dükana ərsiz gedən qadının başını kəsdilər

Dükana ərsiz gedən qadının başını kəsdilər
Want create site? Find Free WordPress Themes and plugins.

Əfqanıstanda ərzaq mağazasına ərsiz gedən qadının başını kəsiblər.

“A24.az” “report”a istinadən xəbər verir ki, insident böyük hissəsi hələ də, “Taliban” hərəkatının nəzarəti altında olan Sar-e-Pul əyalətində baş verib.

Məlumata görə, mərhumun həyat yoldaşı bir neçə gün əvəl ölkəni tərk edib. O, evdə olmadığı zaman isə qadın Latii kəndindəki bazara gedib. Yolda qadın silahlı şəxslər tərəfindən saxlanılıb və tezliklə qətlə yetirilib.

Əyalət qubernatorunun sözlərinə görə, qadın, ehtimal ki, “Taliban”ın qadınların yaxın kişi qohumu olmadan ictimai yerlərə getməsinə qoyduğu qadağanı pozub.

Bununla belə, “Taliban” qətldə əlinin olmadığını bəyan edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar