Dünya Bankı Azərbaycana 140 milyon dollar kredit verdi

Dünya Bankı Azərbaycana 140 milyon dollar kredit verdi
Want create site? Find Free WordPress Themes and plugins.

Dünya Bankı Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi məqsədi ilə Azərbaycana 140 milyon dollar həcmində maliyyə vəsaiti ayırıb.

“A24.az”ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Dünya Bankının mətbuat xidməti xəbər verib.

Məlum olduğu kimi, Azərbaycan hökuməti Bakı-Şamaxı avtomobil yolunun dörd zolağadək genişləndirilməsi üçün bankdan əlavə maliyyə vəsaiti almaq üçün müraciət etmişdi.

Mətbuat xidmətinin məlumatındа həmçinin bildirilir ki, Dünya Bankı eyni zamanda Belarusa büdcə vəsaitlərinin idarəetməsi sisteminin təkmilləşdirilməsi üçün 10 milyon ABŞ dolları ayırıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat

Müzakirə

A24.Az