Dünya bankı növbəti iki ilin neft proqnozunu açıqladı- Hesabat...

Dünya bankı növbəti iki ilin neft proqnozunu açıqladı- Hesabat…
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-da şist neft hasilatının artmağa davam etməsinə baxmayaraq, neftin qiyməti yüksələcək.

A24.Az xəbər verir ki, bu proqnozla Fransanın “Societe Generale” bankı çıxış edib. Bankın hazırladığı hesabatda 2018-ci il üçün “Brent” markalı neftin orta qiyməti 62 dollardan 66 dollar/barelə, WTI neftinin qiyməti isə 58 dollardan 62 dollar/barelə yüksəldilib. Bu proqnozu ABŞ-ın “Sanford C. Bernstein” araşdırma şirkəti də dəstəkləyib.

“Societe Generale”in ekspertləri bildiriblər ki, ABŞ-ın neft hasilatında faktiki artım proqnozları üstələsə də, Venesuelanın neft hasilatındakı azalma da proqnozları üstələyir. Bank, qeyri-OPEC ölkələrində neft hasilatının ciddi şəkildə artacağını ehtimal edir. Lakin, OPEC+ anlaşmasının ilin sonuna qədər davam etməsi və dünya iqtisadiyyatında artımın sürətlənməsi əlavə neftin yaradacağı mənfi effekti kompensasiya edə biləcək.

“Societe Generale” 2018-ci ildə neft bazarının tarazlı vəziyyətdə olacağını, 2019-2020-ci illərdə isə dünya iqtisadiyyatında gözlənilən yavaşlama ilə qiymətlərin aşağı düşəcəyini proqnozlaşdırır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar