Dünya çempionumuz niyə öldü? - Məşqçidən açıqlama

Dünya çempionumuz niyə öldü? – Məşqçidən açıqlama
Want create site? Find Free WordPress Themes and plugins.

Onu axırıncı dəfə zalda srağagün gördüm. Heç bir problem yox idi. Açığı, onu bir az danladım. 

“A24.az” xəbər verir ki, bu sözləri “aznevs.az”a dünən qəfildən həyatını itirən 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionumuz Zərdüşt Həsrətovun məşqçisi Şəmsi Bayramov deyib. Onun sözlərinə görə, idmançıda heç bir narahatlıq hiss etməyib: “Əhvalı yüksək idi. Açığı mən onu bir az danladım ki, çox ağır məşq eləmə. Sağ- salamat uşaq idi. Bu xəbəri eşidəndə şoka düşdüm. Ekspertin rəyinə görə ürək çatışmazlığından olub. İndi bilmirəm bu, nə dərəcədə doğrudur. Onu da bilmirəm ki, idmançımızın ürəyi nədən dayanıb?!”

Məşqçi onu da bildirib ki, Zərdüşt ata-anasından ayrı, tək yaşayırmış: “Zərdüştün ata-anası Maştağada olur, özü isə tək yaşayırdı. Təbriz küçəsindəki Əbu-Bəkir Məscidinin arxasındakı binada qalırdı. Hadisə deyilənə görə dünən səhər olub. Amma mənə günorta deyiblər. Bu, bir dəfə ağır yüklənmə məşqləri ilə olan deyil. Onun axırıncı məşqdə daha çox yükləndiyinə görə belə hadisənin başına gəlməsi mümkün deyil…”

Qeyd edək ki, Zərdüşt Həsrətov poverliftinq idman növü üzrə 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionu olub. İdmançı ötən gün ürəkçatışmazlığından həyatını itirib.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar