Dünya çempionuna 8 ilə yaxın cəza istənildi

Dünya çempionuna 8 ilə yaxın cəza istənildi
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı vuraraq öldürməkdə təqsirləndirilən dünya çempionu 29 yaşlı Urxan Orucova cəza istənilib. Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək U. Orucovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

A24.az xəbər verir ki, ittihama görə, hadisə bu il yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib. U.Orucov idarə etdiyi “BMW” markalı avtomobillə Maştağa qəsəbə sakini, 31 yaşlı Səlim Zülfüqarovu vurub və hadisə yerindən qaçıb. S.Zülfüqarov vəfat edib, U.Orucov isə saxlanılaraq həbs edilib.

U.Orucov kikboksinq və kunq-fu idman növləri üzrə 3 qat dünya, 8 qat Azərbaycan çempionudur. O, 2009-cu ildə Misirdə, 2010-cu ildə Almaniyada, 2015-ci ildə Türkiyədə keçirilən yarışlarda dünya çempionu adını qazanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar