Dünya əhalisinin sərvəti açıqlandı

Dünya əhalisinin sərvəti açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Dünya əhalisinin sərvəti 2016-cı ilin yekununda illik müqayisədə 5,3% artaraq 166.5 trln. ABŞ dollarına çatıb.

A24.Az Report-a istinadən xəbər verir ki, bu barədə “The Boston Consulting Group” konsaltinq şirkətinin “Global Wealth Report 2017” icmal hesabatında deyilir.

Hesabatda artımın əsas səbəbi kimi Asiya-Sakit Okean bölgəsində sərvət artımı və ABŞ-da maliyyə aktivlərinin dəyərinin artması amilləri göstərilib.

Dünya əhalisinin 1%-nin milyonçu olduğu qeyd edilir. Milyonçuların sayı 2015-ci illə müqayisədə 7% artaraq 17,9 mln. nəfərə çatıb.

Ən çox sərvət artımı Asiya-Sakit Okean (9,5%) bölgəsində qeydə alınıb.

Hesabata əsasən, qlobal sərvət həcminin 2021-ci ildə 223 trln. dollara çatması gözlənilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar