Dünya kontinentlərinin ən varlı şəxslərinin xəritəsi – FOTO

Dünya kontinentlərinin ən varlı şəxslərinin xəritəsi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

HowMuch adlı analitik sayt dünya kontinentlərinin sahib olduqları ən varlı şəxslərin xəritəsini təqdim edib.
A24.az Techonet.az-a istinadən xəbər verir ki, sözügedən qrafik yalnız həmin kontinentlərdə yaşayan ən varlı insanları əks etdirir. Bu o demək deyil ki, həmin insanlar dünyanın ən varlı şəxsləridir. Məsələn, Gina Rinehard Okeaniyada birinci yeri tutur. Lakin Forbes-un ümumi siyahısında o, 69-cu yerdədir. Bununla belə o, dünyanın ən varlı qadını adına sahib deyil. Analitiklər həmçinin həmin varlı şəxslərin məşğul olduqları sahələrin müxtəlifliyinə də fikir veriblər. Məsələn, afrikalı sahibkar öz biznesini qida məhsulları üzərində, şimali amerikalı sahibkar isə texnologiyalar üzərində qurub.

HowMuch saytı qeyd edib ki, Antarktida dəyəri böyük olan təbiət resursları ilə zəngindir. Lakin bu kontinentin öz milyarderləri yoxdur. Çünki orda daimi sakinlər ümumiyyətlə yoxdur. Buna baxmayaraq sayt bu kontinenti sahibkar Arnold Donald-a verib. Bu şəxs “Carnival Corporation” adlı kruiz şirkətinin CEO-dur. Məhz bu şirkət sayəsində turistlər Antarktida sahillərinə gəmilər vasitəsilə səyahət edə bilirlər. Xəritədəki vəziyyət isə belədir:

Şimali Amerika – elektron ticarət sahəsində fəaliyyət göstərən “Amazon” şirkətinin təsisçisi və CEO-su Jeff Bezos (92.6 milyard dollar)

Cənubi Amerika – “Restaurant Brands International” fast-food konqlomeratının səhmdarı Jorge Paulo Leman (30.8 milyard dollar)

Avropa – “Zara” brendinin yaradıcısı Amancio Ortega (77.8 milyard dollar)

Asiya – Hindistanın “Reliance Industries Limited” energetik şirkətinin rəhbəri Mukesh Ambani (41.9 milyard dollar)

Afrika – xalq istehlakı məhsullarının satışı ilə məşğul olan “Dangote Cement” şirkətinin təsisçisi Aliko Dangote (13.7 milyard dollar)

Okeaniya – Avstraliyanın dəmir filizi şirkəti olan “Hancock Prospecting”in sahibi Gina Rinehard (16.6 milyard dollar)

Antarktida – “Carnival Corporation” kruiz şirkətinin CEO-su Arnold Donald (100 milyondan çox).

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar