Dünya liderləri NATO zirvəsində- VİDEO

Dünya liderləri NATO zirvəsində- VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Finlandiyanın paytaxtı Brüsseldə NATO zirvəsi üçün bir araya gələn ölkə liderləri Dünya Çempionatının yarımfinal mərhələsi çərçivəsində keçirilən Xorvatiya – İngiltərə matçını birgə seyr edib.

A24.Az xəbər verir ki, İngiltərənin baş naziri Tereza Mey, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel və Albaniyanın baş naziri Edi Rama matçı ayaq üstə mobil telefondan izləyiblər.

Anın görüntülərini Albaniyanın baş naziri şəxsi sosial media hesabından paylaşıb. Liderlər qarşılaşmanın son dəqiqələrini həyəcanla izləyib və matçı şərh edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tereza Meyə matçın baş hakiminin türkiyəli Cüneyt Çakır olduğunu deyib. Edi Rama isə finala yüksəlmə şansını itirən İngiltərənin baş nazirini təsəlli edib.

Qeyd edək ki, 2018 Dünya Çempionatı yarımfinal mərhələsi 2:1 hesabı ilə Xorvatiyanın xeyrinə başa çatıb.

Publika.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar