Dünya tarixinin ən güclü hərbi qüvvələri – ARAŞDIRMA

Hərb və güc dünya yaranandan və qəbilə dövründə ağsaqqallar şurası qurulandan bu yana dövlərlərin əsas hakimiyyət strukturlarını təşkil edir.

A24.az xəbər verir ki, tarixin sonsuz dərinliklərinə nəzər yetirsək görərik ki, hər dövrün özünəməxsus şəraitinə uyğun hərbi birləşmələri olub. Bu gün sizə dünya tarixinin müvafiq dövrlərinə uyğun olaraq dövlətlərin ən güclü hərbi birləşmələrini təqdim edir:

E.ə 1-ci yüzillikdən eramızın 4-cü yüzilliyinə qədər…

Qorxusuz antik germen birlikləri: Batavilər

Ölkə: Roma imperiyası

Germen qəbilələrindən biri olan Batavilərin bütün qəbilələrin qanına qorxu salmaları digər Germen qabilələri tərəfindən çox yaxşı bilinirdi və özəl xüsusiyyətlərindən istifadə edən romalıların diqqətini çəkirdi. At sürmək bacarıqları və gözlənilməz hücumlar edə bilmək üstünlükləri yüksək qiymətləndirilirdi. Zaman keçdikcə bu ölümcül döyüşçülər imperatorun xüsusi mühafizəçiləri halına gəldilər.

t1

XV əsr

Qaranlığın gizli sui-qəsdçiləri-

Ölkə: Yaponiya

Ninzalar bütün işlərini açıq şəkildə görən samuraylara qarşı olaraq yaradılıb. Onlar gizli işləri (casusluq, sabotaj, infiltrasiya, sui-qəsd) tamamlamaq üçün xüsusi olaraq tərbiyə edilirdilər. Bu yaxşı təhsil almış döyüşçülər düşmənlərinə qarşı kəşfiyyat aparmaq üçün “Shogun” liderləri tərəfindən seçilirdilər. “Qara shinobi shozoku” paltarları gecə hücumları zamanı geyinilirdi. Samuraylarda olduğu kimi ninzalarda da yaxın döyüş silahı katana idi.

ninja

XVIII- XIX əsr

Dəmir kimi cəsarətləri və bacarıqları olan istehkam birliyi

Ölkə: Fransa

Napalyon dövründə xüsusi taborlardan yığılan bacarıqlı əsgərlərdən yaradılan kiçik birliklər. Müharibə zamanı cəbhə xətlərində dayanmaq yerinə bu xüsusi təhsil almış əsgərlər öz ordularına təmiz yol açmaq üçün düşmən istehkamlarını baltalarla dağıdırdılar. İstehkam birliklərinin əsas vəzifəsi düşmən xətlərinə doğru ziqzaq şəklində xəndəklər qazmaq idi.

t2

1900

Gizli əməliyyat mütəxəsisləri – Lovat kəşfiyyatçıları

Ölkə: Birləşmiş Krallıq

İkinci Boer müharibəsindən sonra xüsusi əməliyyatçıların əldə etdikləri uğurları görən ordunun mütəxəsisləri tərəfindən yaradılıb. Şotlandiya dağ birliyi olan bu xüsusi əməliyyatçılar ilk kəskin nişancı və kamuflajlı birliklərdir. İkinci dünya müharibəsi zamanı Lovat kəşfiyyatçıları ölkəni Farer adalarından endirilən “Lutwaffe” bomba birliklərindən tərtib olunan alman əsgərlərinin hücumundan qoruyub.

t4

1940

Yarma və Sabotaj əsas birliyi – İngilis komandanlığı

Ölkə: Birləşmiş Krallıq

Komandolar İkinci Dünya Müharibəsi zamanı almanların çoxlu itki verməsi və ingilislərin kefini yüksəltmək üçün baş nazir Vinston Çörçil tərəfindən yaradılıb. Xüsusi olaraq tərbiyə edilmiş bu taborlar paraşütçülükdən kəşfiyyata, dəniz donanmalarına hücumdan quru dəstələrinə kimi bir çox sahədə əməliyyatlar aparırdılar.

t5

1941

Modern Xüsusi Qüvvələr üçün model xüsusiyyətli SAS

Ölkə: Birləşmiş Krallıq

SAS II Dünya müharibəsi zamanı təşkil olunub və əvvəllər də düşmən xətlərinin arxasında müəyyən vəzifələri yerinə yetirmək üçün yaradılmışdı. Birliklər düşmən limanlarından, silah depolarından, hava limanları kimi bir çox hərbi əhəmiyyətli yerlərdə kəşfiyyat əməliyyatları həyata keçirirdilər. Özlərindən sonra gələcək olan müasir silahlı qüvvələrə nümunə olan SAS hal-hazırda müxtəlif xüsusiyyətli 4 hava flotuna bölünür.

t6

1952

Bordo Bərəlilər

Ölkə: Türkiyə

Türkiyənin daxili və xarici təhdidlərə qarşı hər cür ərazi və iqlim şəraitlərinə uyğulaşa bilən özəl bir komanda yaradıldı. Bu səsəblə qurulan bu timin vəzifələri zaman-zaman dövlət məmurlarının mühafizəsini yerinə yetirməklə bərabər mövcud müharibə şəraitində yerli camaatı qorumaqdır.

Bordo Bərəlilər Abdullah Öcalanın yaxalanmasında və Türkiyəyə gətirilməsində də vəzifə alıblar.

Həmçinin, Bordo Bərəlilər 2004-cü ildə Dünya Özəl Qüvvətlər Çempionatında 26 özəl qüvvət arasında birinci yeri tutub.

bordo

1962

Qlobal məqsədlər üçün seçilmiş xüsusi əməliyyatçılar – Donanma Fokları

Ölkə: Amerika Birləşmiş Ştatları

Kommunizmə qarşı təşkil olunan müasir “Donanma Fokları” Kuba və Vyetnmda bir çox kəşfiyyat əməliyyatlarını yerinə yetiriblər. Ən müasir silah və sursatlardan istifadə edən FOK-lar uzaq Əfqanıstan dağlarından dondurucu qütb zonalarına kimi çətin şəraitli ərazilərdə vəzifə alaraq yetişdirilib.

Onlar 2011-ci ildə baş tutan və Əl-Qaidə lideri Usama Bin Ladenin öldürülməsi ilə nəticələnən “Neptun nizəsi” əməliyyatında da yer alıblar.

fok

Quruluş: 1941

Ölkə: Rusiya

Rus Dəniz Komandanlığı

t7

 

Quruluş: 1948

Ölkə: israil

Şayetet 13

sh

İlhamə Bəhmənova

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR