A24 Xeber

Dünyada bir ilk — Bu ölkədə ictimai nəqliyyat pulsuz oldu

Dünyada bir ilk — Bu ölkədə ictimai nəqliyyat pulsuz oldu
516
06 Dekabr 2018 - 19:31

Lüksemburqda ictimai nəqliyyat pulsuz olacaq.
A24.Az xəbər verir ki, Lüksemburqun baş naziri Xavyer Bettelin liderliyi ilə seçilən koalisiya hökumətinin planları çərçivəsində qatar, tramvay və avtobusdakı biletlər 2019-cu ilin yay aylarında ləğv ediləcək.

600 min nəfər əhalisi olan Lüksemburqa işləmək üçün hər gün Fransa, Belçika və Almaniyadan 200 min insan axışır. Lüksemburda bu yay hökumət 20 yaşdan cavanlar üçün ictimai nəqliyyatda gedişi pulsuz etmişdi. Məktəb şagirdləri ictimai nəqliyyatdan pulsuz istifadə edirdi.
2020-ci ilin əvvəlindən etibarən isə bütün biletlər ləğv ediləcək.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00