Dünyada qaçqınların sayı rekord həddə çatıb

Dünyada qaçqınların sayı rekord həddə çatıb
Want create site? Find Free WordPress Themes and plugins.

Dünyada qaçqınların sayı 2017-ci ildə rekord həddə – 68,5 milyona çatıb.

“A24.Az” “Report”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı iyunun 19-da məlumat yayıb.

Bildirilib ki, göstərilən rəqəmin yarısını yeniyetmələr təşkil edir.

Məlumata əsasən, son hesabat dövründə qaçqınların sayı dünya üzrə 3,1 milyon nəfər çoxalıb. Qaçqınların əksəriyyəti – 40 milyonu öz ölkələrinin daxilində yerlərini dəyişənlərdir.

Qaçqınların çoxu Suriya, Əfqanıstan, Cənubi Sudan, Myanma və Somalidəndir. Onların 85 faizi adambaşına düşən gəlirin orta səviyyəsi az olan ölkələrin, xüsusi ilə Livan, Pakistan və Uqanda vətəndaşlarıdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, İqtisadiyyat, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar