Dünyanın 20 memarlıq möcüzəsi - ARAŞDIRMA

Dünyanın 20 memarlıq möcüzəsi – ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

Bəzən şəhərlərin sellulitini onların siyasi və iqtisadi gücü deyil, simvol halına gələn abidələri ört-basdır edir.

A24.az sizə ölkələrin simvolu halına gələn abidələrin tarixindən xəbər verəcək.

The Big Ben

Əsl adı “Elizabeth qülləsi” olan dünyanın ən böyük ikinci dördüzlü saatıdır. Londonun simvolu sayılan Big Ben 96.3 metr hündürlüyündədir.

bigben

The Eiffel Tover / Eyfel Qülləsi

Parisin dəmir qülləsi adını daşıyan forma adını “Gustave Eiffel”dən alır. Parisi daha da cazibədar hala gətirən Eyfel qülləsini ildə 6 milyon insan ziyarət edir. Sadəcə Parisin deyil, Fransanın simvoluna çevrilən Eyfelin hündürlüyü 300.51 metrdir.

The Eiffel Tower is lit with the blue, white and red colours of the French flag in Paris, France, November 16, 2015, to pay tribute to the victims of a series of deadly attacks on Friday in the French capital. REUTERS/Benoit Tessier TPX IMAGES OF THE DAY - RTS7EHJ

The Jin Mao Tover / Jin Mao Kulesi

Çin dilində görkəmli qızıl bina mənasına gələn Jin Mao qülləsi Şanxayda yerləşir. 88 mərtəbəsi nəhng bina 421 metr hündürlüyündədir.

mao

Burj Khalifa / Bürc Xəlifə

Dünyanın ən yüksək göydələni olan Bürc Xəlifə 161 mərtəbəlidir. 282 metr hündürlüyündə olan bu memarlıq abidəsi görmək üçün mütləq Dubaya getməlisiniz.

burc-xelife

The Louvre Pyramid / Louvre Piramidası

Parisin başqa bir cazibə mərkəzi olan Louvre piramidası eyniadlı muzeyin dəhlizində yerləşir. Şüşə və metaldan tikilən memarlıq abidəsi 70 ədəd üçbucaqşəkilli pəncərədən ibarətdir.

louvre

The Palace of the Parliament / Buxarest Parlament Sarayı

Rumıniya parlamentinin istifadə etdiyi bina Ceauşescu dövründə inşa edilib. Ginnesin Reordlar kitabına görə, dünyanın ən böyük sivil rəhbərlik, ən bahalı və ağır binasıdır.

parlament

The Sagrada Familia / La Sagrada Familia

Modern memarlığın ən önəmli nümunələrindən hesab olunan The Sagrada Familianın inşası hələ də davam etdirilir. 1882-ci ildə xalqın yardımı ilə tikilməyə başlayan binanın inşası Antoni Gaudinin ölümü ilə yarımçıq qalıb. Hələ də, kilsə xeyriyyəçilərinin dəstəyi ilə tikilməyə davam etdirilir.

a-sagra

Saint Basil’s Cathedral / Aziz Vasil Katedralı

1561-ci ildə tamamlanan Moskvanın simvol binası Aziz Vasil Katedralı əsasən Kreml sarayı ilə qarışdırılır. Qızıl meydanda yerləşən katedral rus dövlətinin Kazan və Astraxan xanlıqlarına qarşı qazandığı zəfərləri qeyd edək üçün İvan tərəfindən inşa etdirilib.

katedral

The Shard

Büdcəsi 35 milyon sterlinq olan The Shard binası eyni zamanda Shard of Glass, Shard London Bridge ve London Bridge Tover kimi də tanınır. Avropanın ən böyük binası Londonda yerləşir.

shard

The Sultan Ahmed Mosque / Sultan Ahmet məscidi

İnşası 8 il davam edən Sultan Ahmet məscidi I Əhməd tərəfindən memar Sedefkar Mehmet Ağa tərəfindən tikilib. Mavi rəngli bəzəklərin çox olması səbəbi ilə turistlər tərəfindən “Mavi məscid” adı ilə də tanınır. Osmanlı memarlığının ən önəmli abidələrindən olan Sultan Ahmet məscidi İstanbulun ə çox ziyarət edilən məkanlardandır.

sltn

The Sydney Opera House / Sidney Opera Evi

XX əsrin ən məşhur tikililərindən Sidney Opera evi UNESCO tərəfindən 2007-ci ildə dünya mirasları siyahısına daxil edilib.

sydney

The Taj Mahal / Tac Mahal

Hindistanda yerləşən Tac Mahal əslində məzar kompleksidir. Babil imperatoru Cahan Şah tərəfindən gənc yaşda ölən həyat yoldaşı Ercümend Banu Begüm üçün inşa etdirilib. 1983-cü ildən bəri UNESCO-nun mədəni irsinə daaxil edilib. Hər il 3 milyon tusirt tərəfindən ziyarət edilir.

tac-mahal

The CN Tover / CN qülləsi

CN dünyanın ən hündür ikinci qülləsidir. Kanadanın Toronto şəhərində yerləşir. 553 metr hündürlüyündə olan abidə hər il 2 milyon turist tərəfindən ziyarət edilir.

toronto

The Walt Disney Concert Hall / Valt Disney Konsert Salonu

Konsert salonu olan Valt Disney Konsert salonu Los Ancelesdə yerləşir. Kanadalı memar Frank Gehrynin dizayn etdiyi binanın sxeminin yaradılmasına Valt Disneyin xanımı Lillian Disney də yardımçı olub.

Finished Building : Exterior

The White House / Ağ ev

ABŞ prezidentlərinin mandat dövründə yaşadıqları saray olan Ağ ev Con Amdsdan bəri bu statusu qazanıb. ABŞ-ın il prezidenti Corc Vaşinqtonun əmri ilə sarayın inşasına 1792-ci ildə başlanılıb və 1800-cü ildə bitib.

ag-ev

The Leaning Tower of Pisa / Piza qülləsi

İtaliyada yerləşən bir çox memarlıq abidələrindən biri olan Piza qülləsi 56 metr hündürlüyündədir. Piza şəhərinin gücünün və zənginliyinin simvolu olan binanın inşasına 1063-cü ildə başlanılıb.

The Duomo & Leaning Tower of Pisa, Italy

Burj Al Arab / Bürc Əl Ərəb

Dubayda lüks otel olaraq fəaliyyət göstərən bina yelkənli Otel adı ilə tanınır. İnşasına 1994-cu ildə başlanılıb, 1999-cü ildə bitib. Dünyanın ilk 7 ulduzlu otelidir.

yelken

The Colosseum / Kolizey

İtaliyada yerləşən başqa bir tarixi abidə Kolizey paytaxt Romada yerləşir. Əslində bir arena olan Kolizeyin tikintisinə eramıın 72 ilində başlanılıb, 80-ci ildə bitib.

kolizey

The Chrysler Building / Chrysler Binası

1982-ci ildə inşasına başlanılan Chrysle binası memar Villiam Van Alen tərəfində Valter P. Chrysler üçün dizayn edilib. Müasir memarlar tərəfindən Nyu-Yorkun ən gözəl binalarından biri olaraq qeyd edilir.

valter

Casa Milà

Antoni Gaudi tərəfindən dizayn edilən bina eyni zamanda “daş ocağı” olaraq da bilinir. Barselonada yerləşən bina 1984-cü ildə UNESCO-nun mədəni irsinə daxil edilib.

casa

İlhamə Bəhmənova

Did you find apk for android? You can find new Free Android Games and apps.
Manşet, Dünya, Araşdırma, Maraqlı, Eksklüziv, Foto xəbər
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs