Dünyanın demokratik ölkəsində DƏHŞƏT göstəricilər: 27 yaşlı qadınlar 11 yaşlı uşaqla...

Dünyanın demokratik ölkəsində DƏHŞƏT göstəricilər: 27 yaşlı qadınlar 11 yaşlı uşaqla…
Want create site? Find Free WordPress Themes and plugins.

Amerikada ildə 13 min uşaq evlənir. Lakin son 15 ildə 200 mindən çox uşağın evliliyi gerçəkləşdirilib.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, müəyyən səbəblər altında evlənən uşaqlar arasında 10 yaşında 3 qız uşağı və 11 yaşında oğlan da var.

Amerikanın əksər yerlərində qanuni yolla evlənmə yaşı 18-dir. Ancaq hər əyalətin hamiləlik və valideynlərin rizası kimi müxtəlif vəziyyətlərdə xüsusi icazələr də var. Belə ki, may ayında Nyu Cersi valisi Kris Kristi uşaq evliliklərinə qadağa qoyan qanunu “Adət-ənənələrdə qarşıdurma olur” səbəbiylə imzalanmaqdan imtina edib. Sadəcə Nyu Cersi bölgəsində 1995-2012-ci illər arasında 3500 uşaq evləndirilib.

2000-2015-ci illər arasında 207,468 uşaq evliliyinin gerçəkləşdirildiyi görülsə də, əslində bundan daha çoxdur. Çünki 10 bölgənin bu mövzuda doğru düzgün qeydiyyat aparmadığı görülür.

27 yaşlı qadınlar 11 yaşlı uşaqla…

Alyaska bölgəsində isə 12 yaşında olan uşaqlarla belə evliliyə icazə verilir. Evləndirilən uşaqların ən az yaşda olanları 2001-ci ildə Tenessedə evlənən 10 yaşlı qız uşaqları özlərindən yaşca böyük 24, 25 və 31 yaşında olan kişilərlə evləndiriliblər. Eyni bölgədə 27 yaşlı bir qadın isə 11 yaşlı oğlan uşağı ilə evlənib.

Son 15 ildə rəsmi olaraq 14 yaşın altında olan 1000-dən çox uşağa evlənmə icazəsi verilib. Evləndirilən uşaqların sadəcə 14 faizi özləri kimi az yaşda olan uşaqlarla evləndirilib.

Amerikanın Alamabama bölgəsində 14 yaşında bir qız 74 yaşlı bir kişi ilə, İdahoda isə 17 yaşlı bir qız 65 yaşlı kişi ilə evlənib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Araşdırma
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar