Dünyanın ən bahalı 10 çayı - FOTOLAR, ARAŞDIRMA

Dünyanın ən bahalı 10 çayı – FOTOLAR, ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

Uzun bir keçmişə sahib ola çay  bütün dünyaya Çindən yayılmağa başlayıb.

A24.az xəbər verir ki, satış qiymətləri 1 kiloqramın üzərindən hesablanan bəzi çayların qiymətini eşidəndə çox təəccüblənəcəksiniz. Bu çaylar çox nadir hallarda tapıldığı üçün qiymətləri də dodaq uçuqladır.

Tienchi çiçək çayı 

Çinin cənub-qərbində yetişdirilir. Bu çayın kökü və çiçəkləri tibbdə də istifadə olunur. Bu bitkinin çiçəkləri kiçik gül kələminə bənzəyir. Asiyada çox dəyərli bitkidir. Bu çayın dadı təzə nanə tamını xatırladır. Qiyməti 300 manatdır.

Makaibari Darjeeeling çayı

Özünəməxsus rəngi və dadı ilə məşhurdur. 1500-2500 metr yüksəklikdə, Himalayın ətəklərində bitir. Makaibari dünyanın ən bahalı çaylarındandır. Bu, Gümüş imperiyanın çayıdır. Qiməti 700 manatdır.

Gyokuro çayı

Zəngin ləzzəti və aromatı ilə digər çaylardan fərqli olan Gyukuro “cəvahirat çay” mənasına gəlir. Bu çay sadəcə Yaponiyanın Uji bölgəsində becərilir. Qiyməti 1250 manatdır.

Poo Poo Pu-Erh çayı

Pu-Erh çayı müəyyən bir vaxtda yetişən mayalanmış çay növüdür. Dadı digərlərindən çox fərqlidir. Qurudulmuş yarpaq kimi görünən bu çay əslində bitkinin üzərində olan böcəklərin ifrazıdır. Qiyməti 1850 manatdır.

 

Sarı Qızıl çay tumurcuqları

Tumurcuqlar günəş altında qurudulur, qapağı bağlı qablarda yumşaq gül iyi və sarı rəng əldə edilənə kimi saxlanılır. Çayın yarpaqlarına parlaqlıq vermək üçün 24 karat qızılla rənglənir. Qiyməti 5500 manatdır.

Tieguanyin çayı

Tieguanyin çayı yaşıl və qara rəngdə olur. Yarpaqları bütün çayların qoxu kralı olaraq tanınır. Qiyməti 5500 manatdır.

 

Vintage Narcissus Vuyi qoxulu çay

Çinin ən gözəl çaylarından biridir. Yarpaqları Fujian əyalətinin Vuyi dağından toplanır. Adını yunan mifi Narcissusdan alır. Qiyməti 12.500 manatdır.

Panda Dung çayı

Panda Dung panda nəcisi mənasında işlədilir. Pandalar bambuları yeyir, lakin onun 30%-ni mənimsəyir.  Yəni 70%-ni ifraz edirlər. Pandaların nətici sadəcə ağacları  gübrələmək üçün istifadə olunur. Dünyadakı ən bahalı çaylardan biridir. 125.000 manat qiyməti var.

PG Tips Almaz çay paketi

Makibari ərazisi dünyanın ən bahalı Darjeeling çayı ilə dolub-daşır. Boodles zərgərləri tərəfindən əl işi ilə düzəldilən çay paketləri İngiltərənin Mançester şəhərində bir xeyriyyə tədbiri üçün istifadə edilib. Qiyməti 2 milyon manatdır.

İlhamə Bəhmənova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Araşdırma, Maraqlı, Eksklüziv, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs