Dünyanın ən bahalı küçələri - VİDEO

Dünyanın ən bahalı küçələri – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Müxtəlif ölkələrdə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şirkətlərdən biri dünyanın ən bahalı küçələrinin adını açıqlayıb. 

a24.az” ATV-yə istinadən xəbər verir ki, adıçəkilən siyahıda ilk yeri Nyu-Yorkdakı Fifth Avenue tutub. Burada obyektin 1  kvadrat metrinin icarə qiyməti  illik 30 min avroya çatıb. Ən maraqlısı isə odur ki, bu küçə keçən il ilk onluqda belə yer almırdı.

İkinci yerdə isə keçən ilin lideri olan Honq Konqun “Causevay Bay” küçəsi qərarlaşıb. Burada ev və ya obyekt kirayələmək üçün hər kvadrat metrə görə nə az, nə çox 24 min avro pul ödəmək lazımdır.

Ən bahalı küçələrin siyahısında ilk üçlüyü Parisdəki məşhur “Champs Elysees” bağlayır. Burada icarə haqqı digərlərinə nisbətən bir qədər ucuzdur. Hər kvadrat metrə görə 13 min avro.

https://youtu.be/flHo3Fdnu1I

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Maraqlı, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar