Dünyanın ən bahalı restoranları - ARAŞDIRMA

Dünyanın ən bahalı restoranları – ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

Hər yerdə olduğu kimi yemək sahəsində də insanı təəccübləndirən qiymətlər var. Doymaq üçün deyil də, bir az prestij, bir az da fərqli təamlar dadmaq üçün müraciət edilən bu restoranlarda hesablar az qala bir ev qiymətinədir.

A24.az sizə dünyanın ən bahalı 10 restoranını təqdim edir:

10. Masa, Nyu York

“Masa” restoranı “Nyu-York Time Varners Center”də yerləşir. Restoran sahibiMasa Takayama gələn qonaqlara məsləhər verir ki, rahat geyinsinlər. Çünki burada bir yemək təxminən 3 saata hazırlanır.

Adambaşına düşən hesab: 250-350 $ (içki və bəxşiş xaric)

İçki qiymətləri: 1 bakal Sake (yapon arağı): 400 $ , 1 şüşə 1995 Chateau Margaux Bordeaux: 1,500 $

masa

9. Misoguigava, Osaka

Burada əsasən fransız və yapon mətbəxinə aid yeməklər yer alır. Restoran Yaponiyanın Kyoto şəhərində yerləşir. Menyuda balıqlardan, mal-qara ətinə kimi hər şeyə rast gəlmək mümkündür.

Adambaşına düşən hesab: fransız boşqabı: 270 $ ; yapon boşqabı: 162 $

rr

8. Le Pre Catalan, Paris

Kənardan baxarkən kənd yeməkxanası abu-havasında olan Le Pre Catalanda “xərçəng yemirsinizsə, niyə yaşayırsınız?” deyə bir fikir var. Xərçəng sevənlər üçün dünyanın ən ideal restoranıdır.

Adambaşına düşən hesab: yeməklər 85 $, şirniyyatlar 45 $, delikateslər 250 $.

le-pre

7. Beige, Tokio

Tokionun Ginze məhəlləsində yerləşir. ŞefAlain Ducasseninsahibi olduğu bu restoran mövsümi olaraq yapon və fransız yeməkləri təqdim edir.

Adambaşına düşən hesab: yeməklər 150-290 $

Chanel loqolu şokolad: 25 $

tokio

6. Gordon Ramsay, London

Məşhur aşpaz Gordon Ramseyə aid olan bu məkan Londonun Çelsi bölgəsində yerləşir. 2001-ci ildən bu yana 3 ədəd Miçelin ulduzu qazanıb. Restoranda menyular 350 $ ətrafındadır. Əgər “mən həyatımda heç vaxt 1900 Chateau Margaux 1er cru classé içmədim deyib sınamaq istəyirsinizsə” 18,555 $-dan keçməlisiniz.

gordon

5. Restaurant Crissier, İsveçrə

Saraya bənzəyən bu restoranın da 3 ədəd Miçelin ulduzu var. Əgər qırmızı sufle, pişik balığı, saint-gilles-croix-de-vie cooked with lemongrass vazkeçilməzləriniz arasındadırsa, bura mütləq getməlisiniz.

Adambaşına düşən hesab: 455 $

svec

4. Aragava, Tokio

2006-cı ildə dünyanın ən bahalı restoranı seçilən Aragava illər keçsə də, şanından heçnə itirmir. Eyni zamanda sadəcə 22 nəfərə xidmət edə bilən restoran dünyanın ən yaxşıKobe Beef-i olaraq tanınır.

Adambaşına düşən hesab: 350 $

aragava

3. Restaurant Le Meurice, Paris

Yemək deyil, toy salonlarını andıran bu restoranın sahibi aşpazAlain Ducassedir. Burda rahatlıqla dəniz məhsulları, süd və süd məhsulları həmçinin ət məhsulları yeyə bilərsiniz.

Adambaşına düşən hesab: 524 $ (içkilər daxil deyil)

le

2. Ithaa Undersea Restaurant, Maldiv adaları

Bura “New York Daily News ” tərəfindən 2014-cü ildə dünyanın ən yaxşı restoranı seçilib. Hind okeanında 5 metr dərinlikdə yerləşir. 360 dərəcə panoramik mənzərə təqdim edir. Burada Avropa mətbəxinə məxsus yeməkləri başınızın üzərində okean balıqları üzə-üzə yeyə bilərsiniz. Buraya gedərkən özünüzlə uşaqları apara bilməzsiniz.

Adambaşına düşən hesab: 320-500 $

maliv

1. Sublimotion, Ibiza

Dünyanın ən bahalı restoranıdır. Bu məkan “Playa de Bossa”dayerləşən “Hard Rock Hotel“in tərkibindədir. Eyni anda sadəcə 12 müştəri qəbul edənSublimotionöz gözəlliyi ilə də göz oxşayır.

Adambaşına düşən hesab: 2000 $

sub

İlhamə Bəhmənova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Araşdırma, Maraqlı, Eksklüziv, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs