Dünyanın ən dəyərli pasportu müəyyən oldu

Dünyanın ən dəyərli pasportu müəyyən oldu
Want create site? Find Free WordPress Themes and plugins.

“Henley & Partners” tərəfindən 2006-cı ildən bu yana gerçəkləşdirilən sıralanmaya görə dünyanın ən dəyərli pasportu açıqlanıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, 199 ölkənin pasportunun dəyərləndirildiyi sıralanmada alman pasportu 218 ölkənin 177-nə vizasız səyahət imkanı verir. 176 ölkəyə vizasız səyahət etmək imkanını təmin edən Almaniyanı İsveç pasportu təqid edərkən, üçüncü sırada 175 ölkəyə problemsiz giriş imkanı verən Finlandiya, Fransa, İtaliya, İspaniya və İngiltərə pasportları qərarlaşıb.

Dünyanın güclü dövlətlərindən olan ABŞ pasportu ilə vizasız səyahət edilə bilən ölkələrin sayı isə 174-dür.

Türk pasportu dünya miqyasında vizasız səyahət edənlər arasında ötən illə müqayisədə iki pillə geriləyib. 2015-ci ilin siyahısında Rusiya ilə birlikdə 49-cu olan Türkiyə bu il Kolumbiyadan sonra 51-ci sırada yer alıb. Rusiya isə 48-ci yerdədir. Siyahıda Türkiyəni Bosniya və Hersoqovina təqib edir.

Siyahıda Əfqanıstan pasportu 25 ölkə ilə sonuncu yerdə qərarlaşıb. Əfqanıstandan öndə gələn ölkələr isə vizasız səyahət edilə bilən 29 ölkə ilə Pakistan və 30 ölkə ilə İraq pasportu olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Araşdırma, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar