Dünyanın ən nüfuzlu təhsil sərgisi Bakıda baş tutacaq - Akare Xaricdə Təhsil Sərgiləri - VİDEO - FOTOLAR

Dünyanın ən nüfuzlu təhsil sərgisi Bakıda baş tutacaq – Akare Xaricdə Təhsil Sərgiləri – VİDEO – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.
Yaxın zamanda Bakıda mötəbər beynəlxalq tədbir keçiriləcək. 
A24.Az xəbər verir ki, 2001-ci ildən etibarən İngiltərə, Türkiyə, Polşa, Ukrayna, Misir, Qazaxıstan, Mərakəş kimi dünyanın bir çox fərqli ölkələrində keçirilən Akare Xaricdə Təhsil Sərgiləri 14-15 Apreltarixlərində Bakıda Hilton oteldə təşkil olunacaq.
Sərgidə xüsusilə Türkiyədən olmaqla, Amerika, Kanada, İngiltərə, Almaniya, Fransa, Polşa, Kipr, Latviya, İrlandiya, Rusiya və digər ölkələrdən 50-yə yaxın özəl və dövlət universitetləri, kolleclər və dil məktəbləri xaricdə təhsil almaq xəyalında olan Azərbaycanlı şagirdlərin arzularını reallaşdırmaq üçün onların yolunu gözləyəcək.
Sərginin təşkilatçısı Yusif Yusifov keçirilən sərgi ilə bağlı Faktor.Az saytına açıqlama verib. Yusif Yusifovun dediyinə görə sərgidə qeydiyyatdan keçən iştirakçılar öz sahələri üzrə beynəlxalq universitetlər də kurs keçib, öz ixtisaslarını təkmilləşdirə və sertfikat ala bilər:
“Sərgidə dünyanın ən yaxşı Universitetlərindən nümayəndələr iştirak edəcək. Yeni işləməyə başlayan və tələbələr üçün nəzərdə tutulmuş sertfikat proqramları olacaq. Sərgidə həmçinin, Almaniya, İngiltərə və Kanada kimi ölkələrdə olan dil kursları barədə də ətraflı məlumat veriləcək”.
Yusif Yusifovun dediyinə görə qeydiyyatdan keçən sərgi iştirakçılarını müxtəlif hədiyyə və sürprizlər gözləyir.
“Sərgidə “British Council” da iştirak edəcək. Qeydiyyatdan keçən bir nəfər püşk vasitəsilə seçiləcək və həmin şəxs “İELTS” imtahanında pulsuz iştirak etmək şansı qazanacaq. Sərgi davam edən günlər də yəni, aprelin 14-ü və 15-də 50 nəfər pulsuz “İELTS” sınaq imtahanında iştirak edə biləcək. Akare Xaricdə təhsil sərgisinin də iştirakçılar üçün xüsusi hədiyyələri olacaq. Keçən il baş tutan sərgimizdə iştirakçılar arasında xaricdə dil kursunda iştirak etmək şansı qazananlar var idi. Düşünürük ki, bu cür hədiyyələr yenidən təkrar olunacaq”.
Qeyd edək ki, sərgi zamanı şagirdlər ali təhsilin bakalavr, magistr və doktorantura pillələri ilə yanaşı xarici ölkələrdə qısa və uzun müddətli dil kursları barədə də ətraflı məlumat əldə edə biləcəklər. Universitetlərin birbaşa öz nümayəndələrindən ətraflı məlumat almaq şansını əldə etmək üçün sizi Akare Xaricdə təhsil sərgilərinə dəvət edirik.
Sərgidə iştirak pulsuzdur. Sadəcə olaraq online qeydiyyatdan keçərək sərgidə iştirak edə bilərsiniz. Sərgidə iştirak edənləri xüsusi endirimlər, təqaüdlər və sürprizlər gözləyir.
Online dəvətnamə üçün:

1
1
1
1
1
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar