Dünyanın ən qəddar qadın qatilləri – ARAŞDIRMA

Müəmmalı qətllər və gözünü qırpmadan onlarla insanı öldürə bilən qatillər bəzən tarixin tozlu səhifələrində qalır.

A24.az bu dəfə sizə dünyanı ən qəddar qadın qatillərini təqdim edir:

Marry Ann Kotton (1832- 1878)

Uşaqlarının və evləndiyi ərlərinin hamısını bir-bir mədə ağrılarıyla qıvrınaraq öldükdən sonra ortaya çıxıb ki, Mary Ann 10-u öz uşağı, 3-ü evləndiyi əri olmaqla birlikdə cəmi 21 nəfəri sianidlə zəhərləyərək öldürüb. Edam edilərək öldürülən bu qadın həmin an deyil, əziyyət çəkə-çəkə dünyadan köçüb. Bundan sora isə bu qədər cinayəti niyə törətdiyi sirr olaraq qalıb…

 

 

Villiamina Minnie Dean (1844-1895)

Dayəlik edən Minnie uşaqlara baxmaqdan çox onları öldürməyi seçib. Övladlığa götürdüyü uşaqları öldürüb, lakin bu uşaqlar qeydiyyata alınmadığına görə cinayətlər ortaya gec çıxıb.

Enriqueta Marti – Barselona Vampiri (1868-1913)

Uşaq qatili olaraq bilinən Marti onları öldürdükdən sonra cəsətlərini gizlədib. Sümük, qan və orqanlarından isifadə edərək müxtəlif məlhəmlər, dərmanlar hazırlayaraq satıb. Həmçinin qaçırtdığı uşaqları zəngin manyaklara satıb.

İlse Koch (1906- 1967)

Tarixin ən qəddar qadınlarından hesab olunan İlse bir zamanlar  Buhenvald düşərgəsinin başçısı ilə evli olub. Düşərgədə ürəyi istəyən kəslərə işgəncə verib öldürən bu qadın həbsxanada olarkən özünü boğaraq öldürüb.

Myra Hondley (1942-2002)

Bu qadın İngiltərədə “Moors” adı ilə tanınan cinayətlərin qatilidir. Sevgilisi ilə birlikdə işgəncə, uşaq qaçırtma, azyaşlılara cinsi istismar və bir sıra bu tipli cəzalar səbəbi ilə yaxalandıqdan sonra 36 il cəza alıb. 2002-ci ildə saxlandığı cəzaçəkmə müəssisində ölüb.

Belle Guines (1859- 1931)

Özünə aşiq olan kişiləri öldürərək onların həyat sığortasından pul toplayan və mülklərini oğurlayan Guinness 10 il içərisində 20-dən artıq insan öldürüb.

Dorothea Puente – Qatil Nənə (1929-2011)

80-cı illərdə bir mehmanxanada işləyən və ora gələn şəxsləri ölürən Dorothea 3-ü dəqiq, 6-sı iddia edilərək cəmi 9 nəfəri öldürüb. 82 yaşında həbsxanda cəzasını çəkən zaman ölüb.

 

İrma Grese (1923-1945)

Nasistlərin üzvü İrma 30 min yəhudi qadınının ölümündə məsuliyyətlidir. Ləqəbi “ölüm mələyi” olan Grese gözəl və soyuqqanlı qatil olaraq tanınır.

Yelizavet Bathory (1560- 1614)

Bathory tarixin ən qəddar qadını olaraq tanınır. Qaynaqların məlumatına görə, o ömrü boyu 600-dən artıq bakirə qızın ölümünə səbəb olub. Sarayına işləmək bəhanəsi ilə gələn qızları döyüb, onlara işgəncə verib və bundan həzz alıb.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR