Dünyanın gözü Ərdoğanın andiçməsində - 17 ölkənin lideri Türkiyəyə gələcək

Dünyanın gözü Ərdoğanın andiçməsində – 17 ölkənin lideri Türkiyəyə gələcək
Want create site? Find Free WordPress Themes and plugins.

9 iyul tarixində baş tutacaq tədbirə 17 prezident və dünyanın 20-dən çox yüksək vəzifəli siyasi xadimi qatılacaq.

“A24.az” bildirir ki, bu haqda Türkiyə mediyası xəbər yayıb.

Mərasimdə 17 prezident, 4 baş nazir və parlament spikerlərinin iştirakı artıq təsdiq edilib. Onların arasında: Bolqarıstan prezidenti Rumen Radev, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Ukrayna prezidenti Petro Poroşenko, Makedoniya prezidenti George İvanov, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovina İdarəetmə Şurasının sədri Bəkir İzzətbegoviç, Kosovo prezidenti Haşim Tacı, Pakistan prezidenti Memnun Hüseyn, Qırğızıstan prezidenti Sooranbay Jeyenbəyov, Qvineya prezidenti Alfaa Konde, Zambiya prezidenti Edgar Lungu, Qvineya-Bisau prezidenti Xose Mario Vaz, Somali prezidenti Məhəmməd Abdullah, Mavritaniya prezidenti Məhəmməd Ul Əbdul Əziz, Venesuela prezidenti Nikolas Maduro, Şimali Kipr Respublikasının prezidenti Mustafa Akıncı, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov, Macarıstanın baş naziri Viktor Orban, Albaniyanın baş naziri Edi Rama, Fələstinin baş naziri Rami Hamdallah, Seneqalın baş naziri Məhəmməd Dion, Qaqauziya muxtar bölgəsinin prezidenti İrina Vlah, Tatarıstan prezidenti Rüstəm Minnixanov, Küveyt parlamentinin sədri Marzuq Al-Qanim.

Yaxın günlərdə digər dövlət başçıları və bəzi hökumət başçılarının 9 iyul mərasimində iştirak edəcəkləri məlum olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar