Dünyanın ilk lazer işıqlı qulaqlığı maraqla qarşılanır

Dünyanın ilk lazer işıqlı qulaqlığı maraqla qarşılanır
Want create site? Find Free WordPress Themes and plugins.

Kickstarter-ın saytında yayınlanan Glow adlı lazer işıqlı qulaqlıqlar görənlərin diqqətini özünə cəlb edir.

Glow qulaqlıqlarının kabelində lazer işıqlarından istifadə elonub. 7 nəfərlik bir qrup tərəfindən ixtra edilən Glow-nun kabelindəki rənglər, musiqinin ritminə görə dəyişir və hərəkət edir.

Rəngli görünüşə sahib qulaqlıq, həm də çox funksiyalı mini idarə etmə panlenə sahibdir. Bu panel istifadəçilərə, musiqinin səsini balanslaşdırmaq, hazır mesajları səsləndirmək və android telefonun kamerasıyla uzaqdan çəkimi reallaşdırmaq kimi xüsusiyyətlər təqdim edir.

Lazer işıqlarının işləyə bilməsi üçün qulaqlıq müəyyən müddətdə enerjiyə qoyulmalıdır. Tam enerji batareyası ilə 8 saat müddətində lazerdən istifadə etmək mümkündür. Qulaqlıqla musiqi dinləmək üçün enerjiyə ehtiyac yoxdur.

Qulaqlığın mavi, yaşıl və qırmızı olmaq üzrə 3 fərqli rəng variantı var. Cihazın şərti qiyməti 149 dollardır.

Texnikanı yaradan qrup iddia edir ki, kifayət qədər yardım əldə etsələr cihazı daha yaxşı təkmilləşdirəcəklər. Qrup, həm də vurğuladı ki, 1 milyon dollar yardım alacaqları halda cihaza bir də ürək monitoru əlavə edəcəklər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar