Dünyanın son adamyeyən qəbiləsindən REPORTAJ - FOTOLAR

Dünyanın son adamyeyən qəbiləsindən REPORTAJ – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

İndoneziyanın Papua əyalətində yağışların ən çox yağdığı meşələrin dərinliklərində yaşayan ibtidai icma quruluşlu Korovailler qəbiləsinin fotoları yayılıb.

A24.az xəbər verir ki, sənədli film prodüsseri Leonid Kruglov onları çox  yaxından görüntüləməyi bacarıb. O, öz təəssüratlarını həyəcanlı şəkildə bölüşüb: “Sanki hələ də, daş dövründədirlər. Əyinlərində geyim yoxdur. Ağacların təpəsində yaşayırlar. Yarpaq yeyir və vəhşi heyvanları ovlayaraq bəslənirlər. Ağac təpələrində yaşamalarının səbəbi sellərdən və zərərli heyvanlardan qorunmaqdır. Qəbilə üzvlərinə bu şəkildə düşmənləri də müdaxilə edə bilmir”.

Korovai qəbiləsi ilk dəfə 2010-cu ildə əhalinin siyahıya alınmasına daxil edilib. Mütəxəsislərə görə, onlar 2868 qəbilə üzvündən ibarətdirlər.

İlk dəfə 1970-ci ildə hollandiyalı macərapərəstlər Cohannes Veldhuizen və Henk Venemanın başçılıq etdiyi heyət Korovai qəbiləsini görüntüləyib. Bu qəbilə düvrümüzün son adamyeyən qrupu olması ilə məşhurlaşıb.

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Maraqlı, Eksklüziv, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar