A24 Xeber

Düşmən snayperləri işə saldı

Düşmən snayperləri işə saldı
1. 154 oxunma
03 Aprel 2020 - 12:46

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. 

Dövlət Sərhəd Xidmətindən A24.Az-a verilən məlumata görə, 03 aprel tarixində saat 04:30-dan başlamaqla Qazax ra­yo­nunun Bala Cəfərli kəndi və kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Aygeovit kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

ÇOX BAXILAN FOTOLAR