E.Məmmədyarov Fransanın yeni səfirinin etimadnaməsini qəbul edib

E.Məmmədyarov Fransanın yeni səfirinin etimadnaməsini qəbul edib
Want create site? Find Free WordPress Themes and plugins.

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri xanım Aurelia Buşeni qəbul edib.

a24.az” bildirir ki, XİN-dən verilən məlumata görə, görüşdə səfir Aurelia Buşe etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Azərbaycan və Fransa arasında siyasi, iqtisadiyyat, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Səfir Aurelia Buşe diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Aurelia Buşeyə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar