A24 Xeber

“Ebola”ya yoluxan 300 şəxsdən 186 nəfəri vəfat etdi

“Ebola”ya yoluxan 300 şəxsdən 186 nəfəri vəfat etdi
344
09 Noyabr 2018 - 18:48

Konqo Demokratik Respublikasında iyulun sonlarından etibarən “Ebola” virusuna yoluxanların sayı 300 nəfərə çatıb.

A24.az Trend-ə istinadən bildirir ki, həmin şəxslərdən 186 nəfəri vəfat edib.

Yoluxanların Şimali Kivu və İturi vilayətlərində qeydə alındığı bildirilir. Xəstəliyə yoluxanlardan 88 nəfər müalicə olunub.

Qeyd edək ki, vəziyyətlə əlaqədar Konqo DR-da Ümumdünya Səhiyyə Təşkilatının 250-dən çox mütəxəssisi işləyir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00