Əbülfəs Qarayev CNN-in baş ofisində olub

Əbülfəs Qarayev CNN-in baş ofisində olub
Want create site? Find Free WordPress Themes and plugins.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Londona səfəri çərçivəsində dünyanın nüfuzlu televiziya telekanallarından olan CNN-in Londonda yerləşən baş ofisində olub.

“A24.az” xəbər verir ki, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir televiziya kanalının kommersiya üzrə baş direktoru Rani Raatla görüşüb.

Görüş zamanı nazir CNN-də Azərbaycanın turizmi və mədəni həyatı haqqında qısa reklam çarxlarının mütəmadi yayımı və əlavə proqramların nümayişi ilə bağlı məmnunluğunu ifadə edib.

Daha sonra görüş çərçivəsində növbəti illərdə yayımın coğrafiyasının genişləndirilməsi, yeni strategiyanın müəyyənləşdirilməsi, müasir elektron texnologiyalarla bağlı yeni layihələrin hazırlanması üzrə fikir mübadiləsi aparılıb.

CNN-in baş direktoru gələcəkdə Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsinə ümidvar olduğunu bildirib.

Nazirlikdən əlavə ediblər ki, Azərbaycan bir neçə ildir dünyanın nüfuzlu televiziya kanalları olan CNN, “Euronews”, “Travel Channel”, “National Geographic”, “TV5 Monde” və s. kanallarla sıx əməkdaşlıq edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Media
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar