Ədəbiyyat üzrə ilk qadın Nobelçi - NOBELÇİLƏR SİLSİLƏSİ

Ədəbiyyat üzrə ilk qadın Nobelçi – NOBELÇİLƏR SİLSİLƏSİ
Want create site? Find Free WordPress Themes and plugins.
Əyyub Qiyas
Əyyub Qiyas

A24.Az “Nobelçilər” silsiləsindən ədəbiyyat üzrə ilk qadın Nobelçini təqdim edir.
Tərcüməçi, yazıçı Əyyub Qiyasın tərcüməsində: “Ədəbiyyat üzrə Nobelçi: 1909-cu il, Selma Lagerlyof ”
Ədəbiyyat üzrə digər nobelçilər haqqında yazı ilə bu linkdə tanış ola bilərsiniz.

1909-cu ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı, İsveç yazıçısı Selma Ottiliya Luvisa LAGERLYOF 20 noyabr 1858-ci ildə Morbakkadakı ailə malikanəsində anandan olub. Atası Erik Qustav Lagerlyof ehtiyatda olan hərbçi, anası Elizabet Lovisa Valpot müəllimə olub.
Dünya Nobel tarixinə ədəbiyyat üzrə ilk qadın Nobelçi kimi düşən Selma Lagerlyof uşaqlıq illərini İsveçin füsünkar təbətli yerlərindən birində –Vermlandda keçirib və o yerlərin təsviri yzıçının əsərlərindən yan keçməyib. Avtobioqrafik əsərləri toplanmış “Morbakka” (1922), “Uşağın xatirələri” (1930) və “Gündəlik” (1932) kitablarında yazıçı uşaqlıq xatriələrindən söz açıb.
Üç yaşı olanda gələcək yazıçı ağır xəstələnib. Yerindən tərpənə bilmədən bir müddət yataq xəstəsi olub. Qızcığaz həmin illərdə nənəsinə və Nane adlı bibisinə bağlanıb. O insanlar gələcək yazıçının həyatında mühüm rol oynayıblar. Ona söylədikləri nağıllar, əfsanələr, məsəllər Selmanın yaddaşında dərin izlər buraxıb. 1863-cü ildə nənəsinin ölümü qıza ağır təsir edib. 1867-ci ildə Selma müalicə olunmaq içün Stoqholma gedib və aldğı müalicə nəticəsində artıq yerindən tərpənə bilən qız, elə o vaxtdan başlayaraq ədəbiyyat haqqında düşünüb. “Nağıl haqqında nağıl” (1908) avtobioqrafik əsərində o, uşqlıqda yaradıcılığa olan meylindən söz açıb. 1881-ci ildə Selma Stoqholmda liseyə qəbul olunub və 1884-cü ildə oranı bitirərık, elə həmin ildən də İsveçin cənubundakı Landskrun əyalətində müəlliməlik edib.
1890-cı ilin yazında “İdun” qəzeti oxucuların marağını əks etdirə biləcək bədii əsərlərin müsabiqəsini keçirib. Həmin ilin avqustunda qəzetə hələ başa çatdırmağı əsərin bir neçə fəslini göndərən Selma müsabiqənin qalibi olub. Yazıçı həmin əsərini 1891-ci ildə başa çatdırıb. Kitab böyük maraqla qarşılanıb.
Sonrakı illərdə də yazıçı nağıl üslublu yazılar yazmağa davam edib. “Gizli tellər” (1894), “Kunqaxellalı kraliça” (1899) kimi əsərlərlə yanaşı, “Köhnə yerlərə bağlılıq” (1899), “Cənab Arnenin pulları” (1904) kimi romanlar yazıb.
1895-96-cı illərdə İtaliyay səfər edən yazıçı səfər təsüratlarını “Dəccalın möcüzələri” (1897) və “Qüds” (1901-1902) romanlarında qələmə alıb. Yzıçı öz yaradıcılığında dini motivlərə böyük yer verib. Getdikcə böyük şöhrət qazanan Selma Lagerlyof 1985-ci ildə müəlliməlik fəaliyyətini dayandıraraq həyatını bütvlüklə ədəbi yaradıclığa həsr edib. 1909-cu ildə Nobel tarixində ilk qadın yazıçı kimi tarixə düşən Selma Lagerlyof “yüksək idelaizmə verdiyi töhfələrə, parlaq təxəyyülünə və oxucunun mənəvi dünyasına nüfuz edən əsərlərinə görə” ədəbiyyat üzrə onuncu Nobel mükafatı laureatı olub.

SELMA LAGERLYOFleq
MİLAD QONAĞI

Ekebyuda yaşayan süvarilərdən biri də balaca Ruster idi. O, fleytada çalmağı və notların üzünü köçürməyi bacarırdı. Bu adam çox adi bir adam idi, yazığın nə vətəni, nə də başının ütündə bir damı vardı. Süvari cəmiyyətinin buraxılması ona çox pis təsir etmişdi. Daha onun nə atı, nə arabası, nə kürkü, nə də içi yeməklə dolu qırmızı yol sandıqçası qalmışdı. İndi o şələ-küləsini ağ yaylığa büküb boxça bağlamışdı, onları belinə şəlləyib payi-piyada evdən-evə gedirdi. Ruster altdan həmişəki kimi köynək, üstündən jilet geyindərdi, kənar adamların diqqətini çəkməmək üçün yenə nimdaş pencyini boğaza qədər düymələyirdi. İri ciblərinə isə ən qiymətli şeylərini qoyardı: hissələrə ayrılmış fleyta, yastı su qabı, bir də not yazmaq üçün qələm.
O not üzü köçürmək sənətini yaxşı bilirdi və əvvəlki vaxtlar olsa idi çətinlik çəkmədən özünə iş tapardı, amma bəxt onun üzünüə gülmədi. İl-ildən Vermlandda musiqiyə həvəs göstərənlərin sayı azalırdı. Budur, artıq gitara köhnə əşyaların arasında qalıb, uzunsov valtorn , lazımsız əşya kimi çardağa atılıb, köhnə sktipka ilə bir yerdə üstünü də toz basıb. Ruster hər dəfə əlini cibinə atıb not yazmaq üçün qələmi götürmək istəyəndə, əvvəlcə əli içində araq olan su qabına toxunurdu və beləliklə də o, axırda əməlli-başlı bir əyyaşa çevrildi. Bəxti gətirmədi yazığın.
Köhnə dostluqlar xatirinə onu hələ də orkestr toplaşan yerlərə buraxırdılar. Qarşılayanda üz-gözlərini turşuda-turşuda, yola salanda isə sevinclə yola salardılar. Ondan qəribə üfunət qoxusu, bir də kəskin şərab iyi gəlirdi. Bircə qədəhdən sonra dəmləşir, sonra da ağzına gələni danışırdı. Qonaqpərvər ağalar ondan vəbadan qorxduqları kimi qorxub ehtiyat edirdilər.
Bir dəfə Milad bayramı ərəfəsində o, Lyevdala, məşhur skirpkaçı Lilekrunanın yanına getdi. Bir vaxtlar Lilekruna özü də süvarilər cəmiyyətində yaşamışdı, amma mayorun arvadı vəfat edəndən sonra Lyevdaldakı əzəmətli kəndinə qayıdıb orada yaşamağa başlamışdı. Və qəfildən, Milad bayramı yır-yığışının qızğın vaxtında Ruster də özünə görə bir iş tapmaq ümidi ilə gedib ora çıxdı. Geniş ürəkli Lilekruna da sadəcə onun başını qatmaq üçün not kağızlarının üzünü köçürməyi tapşırdı.
–Nahaq yerə onu saxladın, – arvadı dedi. – İndi o qəsdən qurdalanacaq, vurnuxacaq ki, vaxt uzatsın, biz də məcbur olub onu Milad bayramında süfrəmizin başında oturtmalı olacağıq.
–Qalır qoy qalsın da, – Lilekruna söylədi, – onun geyməyə başqa yeri yoxur!
O Rusteri arağa qonaq etdi, birlikdə içdilər və Lilekruna onunla bir yerdə yenə köhnə günlərə qayıtdı, süvari icmasında keçirdiyi vaxtları xatırladı. Onsuz da Lilekrunanın ürəyi kədərlə yüklənmişdi. Ruster hamı kimi, onu da özündən iyrəndirməyə başlamışdı, o isə qonaqpərvərliyin və dostluğun müqəddəs qanunlarına hörmət edərək, bunu biruzə verməməyə çalışırdı.
Lilekrunanın evində Milad bayramına hazırlığa bayrama üç həfə qalmışdan başlamışdılar. İş-güc çox olduğundan evdə olan hər kəs qollarını çırmalayıb işə girişmişdi. Evdəkilər gecə yarıya qədər şam işığında, bayırda ay işığında əlləşib işlədikləri üçün gözləri yuxusuzluqdan qıpqırmızı olurdu. Vaxtlarının çoxunu bumbuz anbarda pivə bişirməyə sərf edirdilər, elə hey bolluca ət duzlayır, bir yandan da pivə bişirirdilər. Amma ev sahibəsi də, ailənin başqa üzvləri də heç nədən şikayət etmədən bu zəhmətə qatlaşırdılar, bilirdilər ki, bu boyda ağır zəhmət milad axşamı üçündür, bax onda, bayram süfrəsinin ətrafında sanki hər şey bir sehrli qüvvənin əli ilə yaddan çıxır, unudulurdu. Sevinc də, şadlıq da haradasa tapışıb Milad bayramına qonaq gəlirdi, hamı sevinur, deyib-gülür, şeir deyir, məsəl anladırdı, ayaqlar öz-özündən rəqs etməyə qalxırdı, unudlmuş nəğmələr, yaddaşlardan çıxan sözlər, kəlmələr dillərdə güllənirdi, onda bilinirdi ki, heç nə yaddan çıxmayır, hər şey yaddaşın dərin bir küncündə mürgüləyir. Bax onda hamı mehribanlaşır, hamı bir-biriniə qarşı xoşrəftar olur!
Elə ki, Ruster gəlib çıxdı, evdə olan hər kəsin ağlından bir fikir keçdi – bayram burunlarından gələcək. Evin xanımı da, ailənin böyük uşaqları da, sadiq qulluqçular da belə düşündü. Rusterin simasında nə isə ağır bir həyəcan hiss edirdilər. Rusterlə görüşəndə Lilekrunanın qəlbində köhnə xatirələrin oyanacağından qorxurdular, dahi skripkaçının atəşli ruhunun oyanacağından ehtiyat edirdilər, əgər elə olsa, o zaman əlvida – ev, sağlıqla qal – ailə! Lap əvvəlki vaxtlardakı kimi, ay evdə otura bildilər ha!
Lilekrunanın süvari cəmiyyətindən qayıtdığı vaxtdan bir neçə il keçmişdi, o vaxtdan bəri evdə olan qulluqçuların hamısı onun xətrini çox istəyirdi. O, evindəki adamlar üçün çox əziz idi, ən çox da Milad bayramı günlərində. O nə divan üstə oturardı, nə də yellənən kürsüdə, o, sobanın yanındakı par-par parıldayan skamyanın üstündə oturmağı sevərdi. Saatlarla orada oturub xəyal aləmində səyahətə çıxardı. Belə səyahətlərdə düzü-dünyanı dolaşar, ulduzlar aləminə uçar, bəzən lap ulduzlardan da o yana qalxardı. Gah skirpka çalar, gah söhbət edər, evdə olan hər kəs də onun başına toplaşıb dediklərinə qulaq asardılar. Onun nəcib qəlbinin nuru ətrafdakılarln ruhunu oxşadıqca, həyat olmazan qədər gözəl və maraqlı olurdu.
Ona görə Lilekrunanı hamı çox istəyirdi, Milad bayramını, könül xoşluğunu, günəşin isti şəfəqlərini sevdikləri kimi sevrdilər onu. Rusterin gəlişi hamının ovqatını korlamışdı, bayram əhval-ruhiyyəsini pozmuşdu. Bu qədər əlləşib-çalışmağın axırında Ruster ağalarının başını tovlayıb onu köhnə günlərin sehrinə salsa, vay onların halına, bütün zəhmətləri puç olacaqdı. Hansısa əyyaşın alicənab bir adamı işdən-gücdən etməyi onsuz da böyük haqsızlıq idi, hələ üstəlik bayram süfrəsi arxasına keçib oturacaq, hər kəsin bayramını zəhərə döndərəcəkdi.
Bayram axşamının səhəri Puster notları köçürüb qurtardı və bayramı onlarla keçirməyə məmnun olacağını bildirsə də, artıq ayrılmaq zamanının çatdığını dedi.
Onsuz da ümumi əsəbilik Lilekrunaya pis təsir etmişdi, köhnə dostu ilə dərləşmək, ötənlərdən danışmaq ruhunu yüngülləşdirirdi, ona görə də Rusterə tələsməməyi, bayramı onunla bir yerdə keçirməyi təklif etdi.
Balaca Ruster cırtqoz və qürurlu idi. Bığlarını eşdi, qara bulud kimi alınına düşən saçlarına sığal verdi: “Sən bununla nə demək istəyirsən? Lilekruna, bəlkə bu sözlərinlə demək istəyirsən ki, sənin evindən başqa getməyə yerim yoxdur? Səhfin var! Məni Brudakı dəmir fabrikində gözləyirdlər! Orada mənim üçün otaq da ayırıblar, hələ üstəlik piyaləmi şərabla doldurub yolumu gözləyirlər! Bir sözlə, tələsməliyəm, ancaq qəti qərara gələ bilmirəm ki, birinci kimə baş çəkim.”
–Allah köməyin olsun! – Lilekruna cavab verdi. – Getmək istəyirsənsə, sənə yaxşı yol!
Nahardan sonra Ruster atı və kirşəni, kürkü və xəz örtüyü ondan borc istədi. Onunla bərabər xidmtçini də göndərilər. Tapşırdılar ki, Rusteri Bruya çatdırandan sonra özü tez geri qayıtsın.
Çovğun havasına oxşayırdı.
Kiminsə Rusteri gözləyə bilməyinə, kiminsə onun gəlişinə şad olacağına heç kəs inana bilmirdi. Amma hamı yaxasını ondan tezliklə qurtarmaq istəyirdi, ona görə də heç kəsi kiminsə onu gözləyib-gözləmədiyi maraqlandırmırdı. Ona görə də qonağı tez-tələsik yola saldılar, elə bildilər ki, o gedəndən sonra evdə hər şey yoluna düşəcək, hamı şənləcək, sevincək.
Axşam saat beşdə hamı zala çay içməyə, milad küknarının ətrafında dövrə vurub, rəqs etməyə toplaşdı, di gəl Lilekrunanın kefi açılmadı, üzü gülmədi. Heç sevimli, sehrli skamyasının üstündə də oturmadı, əlini çaya toxundurmadı, içki içmədi, qalxıb onlarla bir yerdə rəqs etmədi, skripkanın xarab olduğunu bəhanə edib dedi ki, özləri bayramı birtəhər yola versinlər.
Lilekrunanı belə görəndə evin xanımı narahatlıq keçirdi, uşaqların kefi pozuldu, evdə kim vardısa hər kəs pərişan oldu. Evdəki Milad bayramının sinəsinə kədər çökdü.
Südlü sıyıq daşdı, şamlar his verdi, sobadan tüstü qalxdı, pəncərəyə külək çırpıldı, çovğun uladı, bayırda buz soyuğu at oynatdı. Rusteri aparan xidmətçi də gəlib çıxmadı, xidmətçi qadın ağladı, qullquçular da savaşdılar.
Bu vaxt Lilekrunanın yadına düşdü ki, sərçələr üçün Milad sovqatı qoymayıblar, ona görə də düşdü qadınların üstünə, dedi ki, hamı köhnə adət-ənənəni yaddan çıxardıb, elə hey bəzənib-düzənmək haqqında fikriləşirsiz, ürəyinizdə zərrə qədər də xeyirxahlıq qalmayıb. Amma onlar bu tənələrin haradan gəldiyini yaxşı bilirdlilər. Bilirdilər ki, vicdanı onu naraht edir, başa düşürdülər ki, balaca Rusteri belə havada, belə əziz gündə, Milad bayramına qonaq etmədən yola salmaqdır Lilekrunanı hövsələdn çıxardan,
Qəfildən ev sahibi ayağa qalxdı, onları tərk etdi, öz otağına çəkilib skripka çalmağa başaldı. Çoxdan, avaralanmağın daşını atandan bəri heç kəs ondan belə bir ifa eşitməmişdi. Onun musiqisində qəzəb və istehza var idi, coşqun bir həyəcan və üsyan dolu bir həsrət deyirdi ki: “Siz məni zəncirləmək istəyirdiniz, amma mən sizin buxovunuzdan qorxmuram! Siz məni öz xırdaçılqılarınıza əsir etmək istəyirdiniz, mən isə əlinizdən qurtuldum, azadlığa qovuşdum. Ehey, siz, miskin, bozumtul insancıqlar, kölə ruhlular! Tuta bulrsinizsə tutun, saxlayın məni!”
Onun skripka çalmağını eşidən arvadı dedi:
–Sabah o qaçıb gedəcək, Allahın edə biləcəyi möcüzdən başqa onu heç nə yolundan döndərə bilməyəcək. Baxın, pis qonaqpərvərliyimizin üzündən, qorxub çəkindiyimiz bədbəxtlik özü öz ayaqları ilə evimizə gəldi.
Balaca Ruster isə çovgunun içi ilə elə hey gedir, gedirdi. Evdən evə, həyətdən həyətə dolaşır, hər yerdə də özünə bir iş axtarırdı. Heç ona kirşədən enməyi də təklif etmirdilər. Birinin evi qonaqla dolu olurdu, bir başqası isə özü qonaq getməyə hazırlaşırdı.
–Sən bir qonşuya baş çək! – Hamı ona elə deyirdi.
Onu yaşamağa, işləməyə dəvət edənlər də olurdu, amma bayramdan sonra. Axı Milad gecəsi ildə bir dəfə olur, uşaqlar bu günü payızın əvvəlindən gözləyirlər. Heç belə bir adamı da Milad süfrəsinə, özü də ailə-uşaqla bir yerə dəvət edərlər?! Əvvəllər onu məmnuniyyətlə dəvət edərdilər, amma indi məsələ başqa idi: belə bir əyyaş kimə lazım idi axı? Qullquçuların yanına göndərsəydilər, hörmətsizlik olardı, ağalar ilə oturtmaq isə – onun üşün böyük şərəf sayılardı.
Bax beləcə Ruster çovgunlu havada qapı-qapı gəzib dolaşmalı oldu. İslanmış bığları kədərlə dodaqlarının üstündən sallanıb qalmışdı, soyuq dolan gözləri qızarmışdı, gözlərinə qaranlıq çökmüşdü, amma şərab içmək həvəsi beynindən çıxmırdı. Birdən təəccüblə fikirləşdi: “Doğrudanmı heç kəs məni evinə dəvət etmək istəmir?”
Bax onda ilk dəfə özünün necə miskin, ətrafınakılara qarşı necə iyrənc olduğunu anladı. “Mənimçün hər şey bitdi, – fikirləşdi. – Notların üzünü köçürüb qurtarmağımla fleyta çalmağım da qurtardı. Daha heç kəsə lazım deyiləm. Daha heç kəs mənə acımayacaq”.
Külək havanı sovurub uğuldadı, çovğun qarı qucağına alıb özü ilə bərabər sürüdü. Qar burulğanı havaya qalxıb çöllərə doğru şığıyır, qarla dolu buldular səmada at çapır, sonra yenə yerin sinəsinə çökürdü.
“Lap həyatda olduğu kimidir. Lap həyatda olduğu kimi, – Ruster öz-özünə dedi. – Nə qədər ki, ayaq üstəsən, rəqs edə, atılb-düşə bilirsən, demək hər şey yaxşıdır, elə ki, büdrədin, başını bu qar topası kimi qoydun yerə, demək yoxsan – hər şey necə də kədərlidir. Amma nə olursa olsun, bu taledir və indi də növbə ona çatıb. Hər şeyin sona çatdığına inamağın gəlmir!”
Daha xidmətçidən onu hara aparacağını xəbər almırdı. Ona elə gəlirdi ki, kirşə onu ölümə tərəf çəkib aparır.
Balaca Ruster səfər boyu qəlbindəki tanrıları lənətləmədi. Nə fleytasını, nə də süvari cəmiyyətini qarğıdı. Düşnmürdü ki, torpaq şumlamaq, ya da çəkmə təmizləmək onun gördyü işdən yaxşı ola bilər. Sadcə olaraq özünün köhnəlmiş bir musiqi alətinə çevrilməyinə acıyırdı, bir daha şən musiqi çalmağa köklənməyəcək alətə. O, heç kəsi qınamırdı, başa düşürdü ki, kökdən düşən gitaranı, ya da fleytanı götürüb atmaqdan başqa əlac qalmır. O, qəfildən həyatla barışdığını hiss etdi. Bu dəfəki Milad axşamı onun üçün sonuncu olduğunu anladı. Dərk etdi ki, onun taleyinə acından və soyuqdan ölmək yazılıb. Çünki əlindən heç nə gəlmirdi, çünki bu vaxta qədər özünə bir dost qazana bilməmişdi.
Qəfildən onlar dayandılar, hər tərəf bir anın içində nura qərq oldu. Kiminsə xoş, mehriban səsini eşitdi, kimsə onun əlindən tutub evə apardı, kim isə ona qaynar çay verdi. Əynindəki kürkü soynudurdular, hər tərəfdən xoş, mehriban sözlər eşidirdi, kiminsə isti əlləri onun don vurmuş barmaqlarını ovuşdururdu.
Hər şey o qədər ani baş vermişdi ki, o hələ də özündə deyildi və fikirlərini cəmləməyə, özünə gəlməyə xeyli vaxt sərf etdi. Heç özünə gələndən sonra da yenidən Lyevalda olduğuna inan bilmədi. Heç onu kirşə ilə aparan xidmətçinin nə vaxt yolu döndüyünü, geri qayıtdığını da hiss etməmişdi.
Lilekrunanın evində ona belə xoş rəftar göstərilməyin səbəbini də anlaya bilmirdi. Axı haradan biləydi ki, Lilekrunanın arvadı belə çovgunlu havada onun qapı-qapı gəzməyindən, hər yerdən, hər kəsdən rədd cavabı eşitməyindən xəbərdardır. Və qadın o qədər sarsılmışdı ki, hətta əvvəlki rəftarını da unutmuşdu.
Bu arada Lilekruna hələ də öz otağına çəkilib qapını bağlamışdı, hələ də öz dəli musiqisini çalmağa davam edirdi. Heç Rusterin qayıtmağından da xəbəri yox idi. Ruster isə Lilekrunanın arvad-uşağı oturan zalda oturmuşdu. Milad gecəsini adətən ağaları ilə bir yerdə keçirən qulluqçular da ağada bayram ovqatı görmədiklərindən bayramı mətbəxdə qarşılamalı olmuşdular.
Xanım çox düşünmədən Rusterə bir iş tapdı.
–Eşidirsən, Ruster, ağa otağına çəkilib skripka çalır, eşidirsən də? Mən isə süfrə açmalıyam, bayram yeməkləri hazırlamalıyam. Uşaqlar da atılıb-düşməkdən yorulublar. Bizim o iki balacaya sən baxmalı olacaqsan.
Rusterin bu dünyada ən az təmasda olduğu adamlar uşaqlar idi. Süvari cəmiyyətində olanda nədənsə yoluna uşaq-zad çıxmamışdı. Nə əsgər çadırında, nə qəlyanaltılarda, nə də yolda-izdə. Ona görə də özünü itirdi, heç onlarla necə baş çıxaracağını da bilmədi.
Ruster fleytasını çıxarıb onlara göstərdi, dəliklərlə, dillərlə necə rəftar etməyi başa saldı. Uşaqlardan birinin dörd, o birinin altı yaşı vardı. Rusterin dərsi o qədər xoşlarına gəldi ki, bütün diqqətləri təzə məşğuiyyətə yönəldi.
–Bax bu A-dır, – Ruster dedi, – bu isə C-dir. – Sonra da lazım olan notu seçdi.
Bu yerdə uşaqlar A ilə C-nin harada yerləşdiyini, ondan fleytanı necə dilləndirməyin yolunu öyrənmək istədilər. İşi belə görən Ruster not dəftərini çıxarıb dediyi notları dəftərə yazdı.
–Yox, elə deyil! – Uşaqlar çığırışdı. – Düz deyil.
Hərflərin yazılışını göstərmək üçün qaçıb əlifba kitabını gətirdilər. İşi belə görəndə Ruster onlardan əlifbanı soruşmağa başladı. Uşaqlar bildiklərini cavab verdilər, bilmədiklərini susub ona baxdılar. Belədə Ruster oğlanları qaldırıb dizi üstə oturtdu və əlifbanı onlara öyrətməyə başladı. Lilekrunanın arvadının başı işə qarışdı, arabir onlara göz qoyur, gördüklərinə heyrətlənib qalırdı. Bu lap oyuna oxşayırdı, uşaqlar sevinir, dərslərini sevinclə öyrənirdilər.
Ruster uşaqların başını beləcə qatır, amma çovgun vaxtı beynində dolaşan fikirləri də unuda bilmirdi. Fikriləşirdi ki, bütün bunlar gözəldir, amma təəssüf ki, onluq deyil. Onu köhnə musiqi aləti kimi zibilliyə atmaq lazımdır. Bax onda, qəfildən əlləri ilə üzünü tutub hönkürdü.
Lilekrunanın arvadı həyəcanla ona yaxınlaşdı.
–Ruster, qulaq as! – qadın dedi. – Başa düşürəm, elə bilirsən ki, sənin üçün hər şey bitib. Musiqi daha sənə kömək etmir, sən də özünü içki ilə məhv edirsən. Amma əslinə qalsa, hələ heç nə qurtarmayıb, Ruster!
–Necə yəni qurtarmayıb? – Ruster köks ötürdü.
–Özün görürsən ki, uşaqlarla məşğul olmaq sənin ürəyincədir. Əgər sən uşaqlara yazmağı, oxumağı öyrətməyə başlasan, yenə də hamının əziz qoağı olacaqsan. Bax bu da sənə iş, bu fleytada, skripkada çalmağı öyrətməkdən də asandır. Bir onlara bax, Ruster!
Qadın sözlərini deyib qurtarandan sonra iki oğlunu ona tapşırdı. O baxışalrını qaldırdı, gözlərini parlaq günəşdən qıyırmış kimi qıyaraq dumanlı baxışlarla onlara baxdı. Ona elə gəldi bu məsum körpə baxışalrına baxmağa qüdrəti çatmayacaq.
–Bir onlara bax, Ruster! – Qadın bir də dilləndi.
–Bacarmıram, – Ruster ruhuna dolan parlaq işıqdan qorxurmuş kimi gözlərini yumub cavab verdi.
Bax onda, Lilekrunanın xanımı sevinclə, ucadan güldü.
–Sən onlara öyrəşməli oacaqsan, Ruster! İsətəsn, bu il evimdə qalıb onlara müəllimlik edə bilərsən.
Lilekruna arvadının gülüş səslərini eşdib otağından çıxdı.
–Nə olub burada? – xəbr aldı. – Burada nə olub axı?
–Heç nə olmayıb, – arvadı cavab verdi. – Sadəcə Ruster qayıdıb gəlib və mən ona qalıb uşaqlara müəllimlik etməyi təkif etmişəm.
Lilekruna heyrətdən gözlərini döydü:
–Sən təklif etmisən? – O, təkararən xəbər aldı. – Sən buna cəsarət etməisən? Doğrudanmı o içkini atmağı…
–Yox! – qadın dedi. – Ruster mənə hələ ki, söz verməyib. Ancaq bundan sonra özünə fikir verməli, qulaqlarını şəkləyib gəzməlidir. Çünki hər gün məsum uşaqların gözlərinin içinə baxmalı olacaq. Əgər Milad bayramı olmasa idi, mən bu qərarı verməzdim, indi ki, bizi yaradan özü bu qərarı verib, biz günahkar bəndələrə də Tanrının təqdirini yerinə yetirmək düşür. Görünür Tanrı bir günahkar bəndənin ruhunu belə – balaca uşaqların saf gözlərini göstərməklə bağılşamaq istəyir.
Lilekruna heç nə deyə bilmədi, üzünün əzələləri həmişə möhtəşəm bir şeyə sevinəndə dartıldığı kimi xobəşxliklə dartıldı. Sonra günahkar bir uşaq nəyi isə etiraf etməyə hazırlaşdığı kimi gərgin bir vəziyyət alıb ucadan dedi:
–Bura gəlin, uşaqlar, gedin ananızın əlindən öpün.
Ondan sonra da Lilekrunanın evində olanlar Milad süfrəsinin ətrafına toplaşıb şənliklə bayram etdilər.

Tərcümə: Əyyub Qiyas

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar