"Efirdə tüpürənlər", "iynə vuranlar", "palatka" quranlar- RƏZİL VƏ Bİ ABIR EFİRİMİZ

“Efirdə tüpürənlər”, “iynə vuranlar”, “palatka” quranlar- RƏZİL VƏ Bİ ABIR EFİRİMİZ
Want create site? Find Free WordPress Themes and plugins.

Bir vaxtlar efir məkanında boşluq yaranan kimi, “Tom və cerri” cizgi filmi ilə, yaxud da mənasız kliplərlə efir məkanını doldurmağa çalışan televiziya kanallarımız bu gün mövzu qıtlığından efirdə gah “palatka” qurub toy edir, gah da “gizlənqaç” oynayır.

A24.Az xəbər verir ki, hətta o qədər acınacaqlı vəziyyət yaranıb ki, xəbər saytları bir verilişdə baş verən hadisələrdən sensasion başlıqlarla xəbərlər də yaza bilir. Məsələn “Səidə Sultan efirdə tüpürdü”, “Zaur gizlənqaç oynadı” “Zaur müğənniyə: “Sənin iynənin vaxtı çatıb” kimi başlıqlı xəbərləri televiziyaya baxmayan insanlar belə veriliş yayımlanandan bir neçə dəqiqə sonra internet portallardan  oxuya bilirlər.

Soz zamanlar isə müşahidə etdiyimiz bayağılıqları, qonaqlara qarşı edilən sayğısızıqları özündə cəmləyən “5 də 5” verilişi bütün sərhədləri aşıb. Bu proqramı mütəmadi olaraq izləməyən şəxs belə təsadüfən bu verilişə baxıb ŞOKa düşəcək. Aparıcı bu verilişin 2 saat vaxtını doldurmaq üçün sözün əsl mənasında nə istəsən edir.

Bu yaxınlarda proqrama qonaq qismində dəvət edilən müğənni Manaf Ağayevlə aparıcə Zaur Kamalın dialoqu ciddi qınaq obyektinə çevrilib. Belə ki, Zaur Kamal bir müddət əvvəl Manaf Ağayevlə arasında olan söhbəti canlı efirdə danışmaq istəyib. Lakin müğənni buna kəskin etiraz  edib. Elə hər şey də bundan sonra başlayıb. Qəzəblənən M. Ağayev aparıcıya kəskin ifadə işlədib: “İstəyir ki, burada bunun iynəsini vurum”. Heç Zaur Kamalın cavabı da müğənnidən geri qalmayıb: “Burada iynəni mən vururam”, -deyə müğənniyə “atvet” verib. Bu cür dialoqların efirdə səslənməsi isə heç bir etik normalara sığmır.

https://www.youtube.com/watch?v=E5boj5i7Ohk

Əslində televiziyalarda yayımlanan verilişlər müəyyən bir məqsədə xidmət etməlidir. Əyləndirmək, maarifləndirmək, informasiya ilə təmin etmək kimi… Lakin hazırda telekanallarımızda yayımlanan verilişlərin konkret olaraq hansı amala xidmət etdiyini, ya da ümumiyyətlə hansı məqsədlə yayımlandığını anlamaq olmur.

O zaman ortaya belə bir sual çıxır. İnsanlar bu verilişlərə niyə baxsın yaxud da niyə baxır?

Bəli, bu cür verilişlərin kifayət qədər izləyici kütləsinin olduğunu nəzərə alsaq, bunun heç də ürəkaçan bir hal olmadığını hər kəs başa düşər.

Bu yaxınlarda Space TV –də yayımlanan Milli Tele Radio və Yayım Şurasının qərarı ilə bağlanan “Bu maraqlıdır” verilişi də mövzu qıtlığı ilə seçilən proqram sırasında idi və nə yaxşı ki, “zərərin yarsından da qayıtmaq kardır”- deyib verilişi bağladılar.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov açıqlamasında “Bu maraqlıdır” verilişində baş verənləri efirin toyxanaya çevrilməsi kimi təqdim etmişdi: “Bu tipli verilişlər xüsusilə “Space”də çoxdur. Hər dəfə bu mövzuda irad bildirəndə, yayımçılar, o cümlədən “Space”, reytinqi bəhanə gətirir. Teleradio məkanımızda bu mövsüm ciddi reytinq yarışı hiss olunur. Bunun da fəsadları göz önündədir”.

Amma, onu da vurğulayaq ki, “şpaqat” açanların, sinəsi çöldə qalanların,  efirdə toyxana açanların sayı azalsa da, indi də ortaya başqa problemlər çıxıb.

Bəs ictimaiyyət nümayəndələrinin telekanallrımızda baş alıb gedən hərc-mərcliyə münasibəti necədir?

Məsələ ilə bağlı müraciət etdiyimiz şəxslərin əksəriyyəti telekanallarımızı izləmədiklərini bildirdilər.
oooKinoşünas Aygün Aslanova bu cür verilişləri izləmədiyini, mövzu qıtlığının isə sosial problemlərin və siyası məsələlərin müzakirəsinə telekanallar tərəfindən məhdudiyyətlərin qoyulması ilə əlaqələndirib.

“Efir məkanımızda olan verilişlərin demək olar ki, hamısı qüsurludur. Birini digəri ilə müqaisə etmək mümkün deyil. Çünki bunun üçün hər hansı müsbət nümunələr yoxdur. İnsanlar problemlərdən, fikirlərdən yayınmaq üçün televizoru açırlar və bu cür verilişlərə baxırlar. Bu da bir beyin yumaq üsuludur. Hazırda ölkəmizdə Azərbaycan xalqına telekanallarımız qədər ziyan vuran ikinci bir sahə yoxdur. Mən bu verilişləri izləmirəm”.

Yazıçı-Kulturoloq Aydın Xan Əbilov da efir məkanında olan boşluqlardan, mövzu kasadlığından şikayətçidir.11

“Təəssüflər olsun ki, aidiyyatı qurumlar bu gün efir məkanında baş verənlərə heç bir reaksiya vermir. Özəl televiziya kanallarında çox ciddi fəsadlar törədə biləcək problemlərlə qarşılaşırıq. Xüsusən də, müğənnilərin iştirak etdiyi şou verilişlərində bu cür bayağı söhbətlərin şahidi oluruq. Ən qəribəsi də odur ki, MTRŞ bununla bağlı iradlarımıza cavab olaraq bildirir ki, bunlar müəyyən əndazəsini keçməyən zarafatlardır. Halbuki biz görürük ki, onlar lazım olanda bəzi kanlları çox ciddi surətdə cəzalandırmaq üçün normativ aktlardan çıxış edərək müxtəlif səbəblər göstərə bilirlər”.

Azərbaycan telekanallarının dünyanın müxtəlif ölkələrindən eyni zamanda da düşmən tərəfindən izlənildiyini diqqətə çatdıran Aydın Xan Əbilov bu kimi halların bizim özümüzə qarşı istifadə edilə biləcəyini bildirib.

“Çox təssüflər olsun ki, telekanallar elmə, maariflənməyə zaman həsr etməsələr də, bu cür bayağı verilişlər üçün efir vaxtı tapırlar. İnsanlar efirdə bu cür zarafatların edildiyini görüb düşünürlər ki, niyə də bu zarafatlar məktəblərdə, yaxud da ictimai yerlərdə edilməsin”.

publika-az1411133257unnamed-2Millət vəkili Fəzail Ağamalı isə efir məkanındakı mövzu qıtlığını daxili və xarici siyasətlə bağlı sensasiya doğura biləcək proseslərin olmaması ilə əlaqələndirib.

“Belə olan halda jurnalistlər üçün çətinlik yaranır. Mən bu cür verilişlərə baxmıram. Bu proqramlar başlayan kimi kanalı dəyişirəm. Çox təəssüflər olsun ki, Azərbaycan tele məkanında bu cür verilişlərin sayı gün-gündən artır.Torpaqlarımız işğal altındadır, bununla bağlı verilişlərin hazırlanması lazımdır. Dünya görüşü zəif olan və evdən çölə çıxmayan insanlar üçün bu cür verilişlərin hazırlanması təəssüf doğurur”.

AyNUR Ələkbər

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Şou-biznes, Araşdırma, Media, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar