Əflatun Amaşovdan ilahiyyatçıya: "Elşad Miri məhkəmələr qarşısında məsələ qaldıra, yazdığını sübut edə bilər"

Əflatun Amaşovdan ilahiyyatçıya: “Elşad Miri məhkəmələr qarşısında məsələ qaldıra, yazdığını sübut edə bilər”
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da çapına qadağa qoyulan “İslamda Yoxdur!” kitabı barəsində fikirlər səsləndirib.

Məsələ ilə bağlı “A24.az”a açıqlama verən Fəxri Mədəniyyət işçisi kitabı oxumasa da ilahiyyatçının rəylə bağlı öz hüquqlarını qorumasını belə izah edib:

“Elşad Mirinin çap olunacaq kitabı ilə tanış olmamışam. Dini mövzu olduğu üçün bu sahədə mütəxəssis deyiləm. Azərbaycanda söz və mətbuat azadlığı sahəsində heç bir problem yoxdur, istənilən vətəndaş öz fikrini müasir yollarla cəmiyyətə açıqlaya bilər.

Elşad Mirinin kitabına gələndə, Azərbaycanda dövlətin dinlə bağlı siyasətini müvafiq qurumlar həyata keçirir. Həmin qurum da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Komitənin vəzifələrindən biri ölkəyə gətirilən və çap olunan kitablarla bağlı rəy verməkdir. Çalışırıq ki, dini məzhəblər, təriqətlər arasında təfriqələrə yol verilməsin, dini adət-ənənələrə hörmətlə yanaşsınlar. Bu cür məsələlərə, əsasən ölkəyə gətirilən və ölkədə çap olunan kitablarda daha çox üstünlük verilir.

Mən bildiyim qədəri ilə Elşad Mirinin bundan əvvəl həmin komitənin ekspertlərinin rəyi ilə kitabları çapdan çıxıb. Ümumiyyətlə, kitabı oxumamışam deyə məlumatsızam. Sadəcə həmin qurumda ekspert qrupu var. Həmin eskpert qrupu təriqət və məzhəblərarası təfriqələrə yol verməməklə, dini dəyərlərə sayqılı yanaşmaqla, bu prinsipləri əsas götürərək ölkədə çap olunan kitablarla bağlı rəy verirlər. O ki qaldı Elşad Miri ilə komitə arasındakı məsələyə, ekspertlərin rəyi ilə bağlı düşünürəm ki, müvafiq qurumlar var və məhkəmə qarşısında məsələ qaldırmaq mümkündür.

Azərbaycan hüquqi dövlət olduğuna görə, məsələlər də hüquqi müstəvidə öz həllini tapa bilər. Elşad Miri də məhkəmələr qarşısında məsələ qaldıra, yazdığını sübut edə bilər. Bunun qarşılığında məhkəmə də müstəqil ekspertlər təşkil edə bilər. Bundan sonra məsələyə ciddi arqument gətirmək mümkündür”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar