Əhalini cana doyduran banklar hansıdır? - SİYAHI/ANALİZ

Əhalini cana doyduran banklar hansıdır? – SİYAHI/ANALİZ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin oktyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

A24.Az Media Təqib Mərkəzinin monitorinqinə əsasən, banklar ilə bağlı oktyabr ayı üzrə məlumatları təqdim edir.

Belə ki, 2017-ci ilin oktyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla  əlaqəli 6597 xəbər yerləşdirilib. Bunlardan 6477-si neytral, 92-si mənfi, 28-i isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”:  MuğanBank (45 xəbər – Azərbaycanda daha bir bank çökdü – 5 milyonluq zərər), Amrahbank (17 xəbər – Amrahbank da kredit özbaşınalığı ? şikayət var), Unibank Kommersiya Bankı (14  xəbər – Unibankın özbaşınalığına dözə bilməyən sahibkar damarlarını doğradı – fotolar ).

Müsbət xəbərlər arasında “lider”:  Kapital Bank (28 xəbər – Kapital bank banklararası yarışın çempionu olub).

Xəbər sayına görə sıralama:

1 Azərbaycan Beynəlxalq Bankı 868 xəbər
2 Kapital Bank 653 xəbər
3 Unibank Kommersiya Bankı 325 xəbər
4 PAŞA Bank 316 xəbər
5 AtaBank 316 xəbər
6 Bank Standard 286 xəbər
7 Nikoil Bank 231 xəbər
8 Bank Respublika 203 xəbər
9 DəmirBank 196 xəbər
10 Access Bank 190 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 421 neytral xəbər dərc edilib.

Bunlardan 418-i neytral, 3-ü isə mənfi xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”:  AGBank (1 xəbər – Agbank bağlanma təhlükəsi ilə üzləşib), AtaBank (1 xəbər -“Atabank”ın filial müdirinin dələduzlarla işbirliyi?..), Nikoil Bank (1 xəbər -bank vətəndaşa dələduzluq edib).

Xəbər sayına görə sıralama:

1 Azərbaycan Beynəlxalq Bankı 118 xəbər
2 Kapital Bank 57 xəbər
3 PAŞA Bank 31 xəbər
4 AtaBank 27 xəbər
5 Bank Standard 25 xəbər
6 Rabitəbank 15 xəbər
7 Bank Respublika 14 xəbər
8 Unibank Kommersiya Bankı 13 xəbər
9 Azər-Türk Bank 12 xəbər
10 VTB Bank 11 xəbər

Oktyabr ayında televiziya kanallarında banklar haqqında 66 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 PAŞA Bank 19 xəbər
2 Ziraat Bank 15 xəbər
3 Kapital Bank 15 xəbər
4 TuranBank 7 xəbər
5 Bank Respublika 2 xəbər
6 MuğanBank 2 xəbər
7 Unibank Kommersiya Bankı 1 xəbər
8 AtaBank 1 xəbər
9 Xalq Bank 1 xəbər
10 Rabitəbank 1 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar