Əhalinin nəzərinə: Azərbaycanda kərə yağı ucuzlaşacaq

Əhalinin nəzərinə: Azərbaycanda kərə yağı ucuzlaşacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycana gətirilən kərə yağına və digər süddən hazırlanan yağlara tətbiq edilən gömrük rüsumları 3 dəfəyə qədər azaldılıb. Sahibkarlar bundan sonra ümumi dəyərin 5 faizi həcmində rüsum ödəyəcəklər.

Rüsumların azaldılması satışa çıxarılan kərə yağlarının qiymətinə təsir edəcəkmi?

“A24.az”ın məlumatına görə, iqtisadçı-ekspert Vüqar Bayramlı “AzVision.az”a bildirib ki, Azərbayacana gətirilən kərə yağlarının qiymətləri azaldılmalıdır:

“Əvvəllər də bildirmişdim ki, ölkəyə idxal olunan kərə yağlarına görə vergilərin azaldılamasına və güzəştlərin təbiq edilməsinə ehtiyac var. İkinci mərhələdə isə uzun müddətli dövr üçün yerli istehsalın artırılması və idxaldan asılılığın aradan qaldırılmasına nail olmaq lazımdır. Sevindirici haldır ki, birinci mərhələ baş tutdu və proses davam edir. Əslində hər iki mərhələ paralel olaraq edilməlidir. Güman edirəm ki, edirlər. Sahibkarlar bu qərara qədər 15 faiz həcmində gömrük rüsumu ödəyirdilərsə, indi bu 5 faizə düşüb. Praktik olaraq bu tətbiq edilən rüsumun 3 dəfə azaldılması deməkdir”.

V.Bayramov qeyd edib ki, qərar kərə yağının qiymətinin aşağı düşməsinə səbəb olacaq:

“Nəticə etibarı ilə qərar ölkəyə idxal olunan kərə yağının qiymətinə təsir göstərəcək. Yəni, azalmalar müşahidə ediləcək. Sahibkarlar da artıq kərə yağının qiymətini aşağı salmalıdırlar. Çünki dünya bazarında qiymətlər stabilləşib, ölkədə isə rüsumların həcmi 3 dəfəyə qədər azaldılıb. Əgər qiymətlər azalmasa, bu sahibkarlar tərəfindən süni şəkildə qiymətlərin qorunub saxlanılması hesab olunacaq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar