Ekspert: “Bunu iddia edən insanlar dindarlar deyil, “dini dar” olanlardır”

Ekspert: “Bunu iddia edən insanlar dindarlar deyil, “dini dar” olanlardır”
Want create site? Find Free WordPress Themes and plugins.

“Bəzi alimlərin fikrincə, ümumiyyətlə şəkil çəkdirmək haramdır. Bəziləri isə fotoaparatla deyil, ancaq əl ilə çəkilən fotoları haram hesab edirlər”

Tanınmış indoneziyalı din xadimi Feliks Siau selfi çəkdirmək barədə maraqlı fikirlər səsləndirib. Onun fikrincə, müsəlman qadınların çəkdirdikləri şəkillər, xüsusi ilə də “selfie” “natəmiz” əməldir.

“A24.az” məlumat verir ki, mövzunu “Ölkə.az”a ilahiyyatçı ekspert Elşad Miri şərh edib.

“Bəzi alimlərin fikrincə, ümumiyyətlə şəkil çəkdirmək haramdır. Bəziləri isə fotoaparatla deyil, ancaq əl ilə çəkilən fotoları haram hesab edirlər. Məsələ ilə bağlı Quranda (Qurani Kərim- İslam dininin müqəddəs kitabı) heç bir qadağa yoxdur. Sadəcə olaraq müəyyən alimlər öz çıxardıqları nəticələri deyirlər.

Məsələn, mənim özümün din xadimlərinin biri ilə bu mövzuda mübahisəm olmuşdu. O, mənə fotoaparat ilə şəkil çəkməyin haram olduğunu bildirirdi. Mən ondan soruşdum ki, “bəs kamera ilə çəkmək də haramdır?” cavabında dedi ki, “kamera ilə olar”. Bu cavab isə bir insanın dünya görüşünün zəifliyindən qaynaqlanırdı.
Necə ola bilər ki, heç bir səbəb olmadan bunu haram, kamera ilə çəkilişi isə halal adlandırırlar?

Mən yenə də deyirəm hər hansı bir formada olmasından asılı olmayaraq bunların heç birini haram hesab etmək olmaz. O cümlədən “selfie”nin də dinlə heç bir əlaqəsi yoxdur. Hazırda dünyada hamı selfie çəkdirir, selfie çubuqları çıxır. Qısacası, bunu iddia edən insanlar dindarlar deyil, “dini dar” olanlardır”.

Şəkil çəkdirmək baradə etdiyimiz kiçik araşdırmadan əldə etdiyimiz məlumatları təqdim edirik:

Red: Qeyd edilən iddialar hələ də öz əsasını tapmayıb.

1. Alimlərimizin verdiyi fətvalardan bizə məlumdur ki, şəkil çəkmək yalnız zəruriyyət halında olar.

2. Bəzi dindarlara görə, qadınların fotoşəklini çəkmək fitnə və şər səbəbindən qəti qadağandır.

3. Bəzi məlumatlara görə, İslam dinində əllə canlı (ruhu olan) şəkili çəkmək və ya çəkdirmək haramdır. Mənbələrdə olan məlumatlara görə, Peyğəmbər “qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır”-demişdir.

4. Evdə canlı (insan və ya heyvan) şəkili asmağa və ya açıq şəkildə saxlamağa icazə verilmir.

5. Şeyx ibn Bəzz (rahiməhullah): İstər fotoaparatla, istər yontaraq, istər əl ilə, istərsə də hər hansısa bir üsulla edilsin fərq etməz, canlıları və ruhu olan şeyləri çəkmək qəti qadağandır.

Xatırladaq ki, 2014-cü ildə Məkkəni ziyarət edən zəvvarlar müxtəlif cür “selfie”lər çəkdirmişdilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar