Ekspertdən imtahanların pullu olmasına kəskin ETİRAZ: Nə qədər pul söhbəti olar?

Ekspertdən imtahanların pullu olmasına kəskin ETİRAZ: Nə qədər pul söhbəti olar?
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, magistratura, rezidentura, dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak ödənişli olacaq. Bu həftə ərzində Tarif (qiymət) Şurası qərarını elan edəcək: “Biz artıq lazım olan sənədləri Tarif Şurasına təqdim etmişik”.

Bakalavrdan sonra təhsilin digər pillərlərində, eləcə də dövlət qulluğunda iştirakın ödənişli olmasını A24.Az-a təhsil eksperti Əjdər Ağayev şərh edib.

Ekspertin sözlərinə görə, magistratura və rezidenturaya qəbulun ödənişli edilməsi məqsədə uyğun deyil:

“Çünki bu pillələr birinci pillənin davamıdır. Ali təhsilin tamlığı bakalavr və magistraturanı bitirdikdən sonra meydana gəlir. Təhsil  qanununda, konstitusiyamızda hər bir vətəndaşın təhsil almaq hüququ olduğu göstərilir. Dövlət müəssisələrində ümumiyyətlə pullu təhsil olmalı deyil. Hər bir vətəndaşın ödənişli və ya ödənişsiz təhsil almaq hüququ olmalıdır. İlk növbədə bu məsələyə yenidən baxılıb, magistraturaya qəbulun pulsuz olması haqqında qərar qəbul edilsin. Çünki təhsil dövlət strategiyası daxildir. Təhsil kadr hazırlığıdır. Kadr hazırlığı xalqın, ölkənin, dövlətin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı deməkdir. Bu addımın qarşına maneələr qoymaq məntiqsizlikdir. O ki qaldı, dövlət qulluğuna qəbulun pullu olması məsələsinə, bax onu ödənişli edə bilərlər. Hər kəs dövlət qulluğunda işləmək arzusunda deyil. Kim o arzudadırsa, o ödənişini edib, imtahanda iştirak edə bilər”.

“Harda maliyyə varsa, o inkişafın, genişlənmənin qabağını alır. Düzdü təbii axın olanda, arxadan gələn axın o maneənin qabağını alır. Amma bu axın təbii axın deyil. Bu insanın təhsillənmə yolu ilə inkişafı məsələsidir. Burda maneələrin olması cəmiyyətdə təhsilə olan marağı azaldacaq. Qəbula bir dəfə gələcək gələn dəfə imkanı çatmayacaq, bax belə-belə təhsildən uzaqlaşıb gedəcək. Və nəticədə həmin insan adi bir fəhləyə çevriləcək. Bax bu manelərin olması, insanları fəhlə, xidmətçi olmağa və.s digər adi işlərdə fəaliyyət göstərmələrinə gətirib çıxaracaq. Nəyinki təhsil almaq yolu ilə inkişafa. Hər şeyi pulla ölçmək düzgün deyil. Nə qədər pul, pul, pul söhbəti olar? İnsanların sosial rifahını da fikirləşmək lazımdır”.

Xatırladaq ki, cari ildə qəbul imtahanlarında iştirak etmək üçün ilk dəfə müraciət etmiş şəxslərin ilk imtahanda iştirakına görə ödənişi dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent ödəyəcək.

Orxan Aslanlı, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar